Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-595/2021 16.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı QSC Cavabdeh SRT007977 saylı 17.05.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 385 manat borcun, 31,85 manat cərimə borcunun və 20,4 manat dövlət rüsumunun xeyirlərinə tutulması haqqında qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı QSC-nin iddia ərizəsinə əlavə etdiyi ********* saylı, 09.09.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsinə dair qəbzi artıq istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır.Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur.Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3-cü və 284-4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-595/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-595/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver