Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-595/2022 14.11.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdehlə bir müddət birlikdə yaşamışdır. Münasibətləri yaxın olduğundan ona etibar edərək inanmışdır. O, avtobus sürücü olmuş və əlində hər zaman xeyli miqdarda pulu olmuşdur. Cavabdehin onunla uzun müddət bir yerdə yaşadığı üçün onun məsləhətini dinləmiş, arabir ona şəxsi pul lazım olanda borc vermişdir. Cavabdeh ona 16000 pul borcludur. Belə ki o, Vətən müharibəsində aktiv fəaliyyət göstərmiş və buna görə təltif olunmuşdur. Cavabdeh 2021ci ilin fevral ayı ondan 6000 manat borc pul almışdır. Həmin pul onun müharibə dövründə qazancı olmuşdur. Bundan sonra həmin ilin mart ayından cavabdeh ona lotoreya oynamağı təklif etmiş və həmin ilin dekabr ayınadək 10000 manat pulu lotoreyada oynamaq adı ilə ondan almış və sonunda özünə avtomobil almışdır.O, nə qədər etsə də, cavabdeh onun pulunu qaytarmamışdı. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i. a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər azadddırlar. O, məcburi köçkündür və bu barədə sənədin surətini iş materiallarına əlavə etmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ünvanlanmış ərizədə göstərmişdir ki, onun iddiaçıya heç bir pul və ya digər borcu yoxdur. İddiaçı onun üzərinə şər atır. Sadəcə 2010-cu ildən 2017-ci ilə qədər o, iddiaçı ilə qeyri-rəsmi yaşamışdır. Sonradan iddiaçının borclarını ödəməkdən bezdiyinə görə ondan ayrılmışdır.İddiaçı onunla yenidən bir yerdə yaşamaq üçün onu təhdid etməyə başladı, hətta bir müddət bundan əvvəl onun avtomobilinə qəsdən ziyan vurdu və Füzuli Rayon Məhkəməsində buna görə inzibati məsuliyyətinə cəlb olunmuşdur. Həmçinin bildirmişdir ki, yolun uzaqlığı və maddi imkanı olmadığına görə məhkəmə iclasında iştirak edə bilməcəyinin nəzərə alnmasını məhkəmədən xahiş etmişdir.Bu səbəbə görə işə onun iştirakı olmadan baxlmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, Füzuli rayonu, 3 saylı Zobucuq qəsəbəsi, ev 91-də yaşayır. Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq, İddiaçı onun üzərinə gələrək onu ölümlə hədələməsi barədə məlumatı özü vermişdir. İddiaçı ilə 2010-cu ildən 2017-ci ilə qədər qeyri-rəsmi olaraq yaşamışdır.Təxminən 5-6 ay bundan əvvəl İddiaçı ona zəng edərək, ona 6000 manat pul borcu olduğunu bildirdikdə o, İddiaçı borcunun olmadığını bildirmiş və onlar arasında mübahisə yaranmış və hal-hazıra qədər davam edir. İddiaçı ona 3500 manat pul borcu olduğu üçün müavinət kartını ona vermiş, lakin 2022-ci ilin mart ayında İddiaçı həmin kartı bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsinda yerləşən mal bazarında olarkən İddiaçı ona yaxınlaşıb, səni öldürəcəyəm demişdir. Bundan əsəbləşərək Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Füzuli rayonu, Qarabulaq yaşayış massivində yaşayır.2013-cü ildə müavinət kartını Cavabdeh vermişdir. Cavabdeh həmin kartı istədikdə, Aytəkin ona borcu olduğunu və bu səbəbə görə kartı özündə saxladığını bildirmişdir. 2022-ci ilin mart ayında həmin kartı bağlatdırmışdır.2021-ci ilin aprel ayında Cavabdeh müvəqqəti saxlanması üçün 6000 manat pul vermiş və həmin pulu Cavabdeh ona qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə o, Cavabdeh görməmiş və öldürməklə hədələməmişdir.Həmin tarixdə saat 08 radələrində o, Biləsuvar rayonuna getmiş və saat 19 radələrində Füzuli rayonu qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.Hazırki işdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olmasına baxmayaraq, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, borcu qaytarmaq öhdəliyi o zaman yaranır ki, həmin borc verilmiş olsun.Hazırki iş üzrə İddiaçı tərəfindən tələb edilən borc məbləğinin Cavabdeh verilməsi əsaslı şübhələrdən kənar sübutlarla öz təsdiqini tapmır. Belə olan halda iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh 16000 (on altı min) manatın alınaraq İddiaçı ödənilməsinə dair iddia təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-595/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-595/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver