Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-617/2021 27.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BL246161 saylı 05.02.2019-cu il və BL237916 saylı 11.01.2019-cu il tarixli Nisyə satış müqavilələrinə əsasən 596,36 manat əsas borc, 26,83 manat cərimə, cəmi 623,19 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı xeyirlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə BL246161 saylı 05.02.2019-cu il və BL237916 saylı 11.01.2019-cu il tarixli Nisyə satış müqavilələri bağlamışdır.Cavabdeh BL246161 saylı 05.02.2019-cu il müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 12 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 53 manat və BL237916 saylı 11.01.2019-cu il müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 12 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 40 manat ödəməyi öhdəsinə götürmüşdür.Belə ki, cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilələr üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Borca dair arayışdan görünür ki, BL246161 saylı 05.02.2019-cu il və BL237916 saylı 11.01.2019-cu il tarixli Nisyə satış müqaviləsinə əsasən 596,36 manat əsas borc, 26,83 manat cərimə, cəmi 623,19 manat borc vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan BL246161 saylı 05.02.2019-cu il və BL237916 saylı 11.01.2019cu il tarixli Nisyə satış müqavilələrindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh qiyməti 645 manat olan (telefon Xiaomi Mİ A2 64GB Gold) avadanlığı və qiyməti 472 manat olan (telefon Samsung J610 32GB Black) avadanlığı verir, alıcı isə onları qəbul edib, avadanlıqların qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. BL237916 saylı 11.01.2019-cu tarixli və BL246161 saylı 05.02.2019-cu il tarixli 1 saylı Əlavələrdən görünür ki, alıcı Cavabdeh qiyməti 472 manat olan avadanlığın ödənişi 12 aya bölünərək ilk 11 ayda hər ay 40 manat, 12-ci ayda isə 32 manat, qiyməti 645 manat olan avadanlığın (əvvəlcədən 21 manat ödəniş) ödənişi 12 aya bölünərək ilk 11 ayda hər ay 53 manat, 12-ci ayda isə 41 manat ödəniş etməlidir. 06.09.2021-ci il tarixli borca dair arayışlardan görünür ki, Cavabdeh BL237916 saylı 11.01.2019-cu tarixli Nisyə satış müqaviləsinə əsasən 268,36 manat əsas, 26,83 manat cərimə və BL246161 saylı 05.02.2019-cu il tarixli Nisyə satış müqaviləsinə əsasən 328,02 manat əsas borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh BL246161 saylı 05.02.2019-cu il və BL237916 saylı 11.01.2019-cu il tarixli Nisyə satış müqavilələrinə əsasən 596,36 manat əsas borc, 26,83 manat cərimə, cəmi 623,19 manat borc və 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-617/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-617/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver