Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-627/2023 06.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30006 (otuz min altı) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh ilə 2019-cu il tarixdə tanış olmuşdur.Aralarında ciddi və normal sevgi münasibətləri yaranmağa başladıqdan bir müddət sonra, yəni 2021-ci il əvvələrindən etibarən cavabdeh çoxlu borclarının olduğunu bildirib və borca pul verilməsini xahiş etmiş və o, cavabdehə inanaraq 2022-ci ilin iyul ayına qədər ümumilikdə 15000 manat və 2500 ABŞ dolları məbləğində borc vermişdir.Bunun müqabilində cavabdeh pulun qaytarılması barədə öz xətti və imzası ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qəbz vermişdir. 2022-ci ilin oktyabr ayında cavabdeh 8000 manat qaytarmış və maddi vəziyyəti pis olduğuna görə qalan borcunu qısa bir müddətdə qaytaracağını söz vermişdir. 2022-ci ilin dekabr ayında onların münasibətlərinə son qoyulmuşdur.Həmin vaxta kimi borcu qaytarmamışdır. Maddi vəziyyəti pis olduğuna görə cavabdeh ondan yenə borca pul istəmişdir. 2023-cü ildə o, cavabdehə 19256 manat borca pul vermiş və həmin puldan cavabdeh ancaq 6250 manat qaytarmışdır. Qalan borcunu cavabdeh hal-hazıra qədər ona qaytarmamışdır.Cavabdeh “Azneft” İBdə işləyir və kifayət qədər yaxşı maaş alır.Cavabdehdən pulu almaq məqsədi ilə Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Şikayət Bakı şəhər Xətai rayon Polis İdarəsinin 34-cü PB-də baxılmışdır. Cavabdeh polis bölməsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında 5000 manat qaytaracaq, qalan məbləği hər ay 2000 manat olmaqla qaytaracaq.Lakin buna əməl etməmişdir.Hal-hazıra qədər cavabdeh ona 30006 manat borcludur.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddianı qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Bakı şəhər, Xətai rayon Polis İdarəsinin 34-cü PBnin təhqiqatçısı polis kapitanı Fərid Abbasov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ildə İddiaçı ilə tanış olmuş və 2023-cü ilin iyul ayına qədər ondan bir neçə dəfə borca pul almışdır. Sonda İddiaçı 33006 (otuz üç min altı) manat pul borcunun qaldığını bildirmişdir.Bir neçə gün ərzində Səadətə olan borcundan bir miqdarını qaytarıb özünə verəcəyini, bütöv borcunu bir dəfədə qaytarmağa hazırda maddi imkanının olmadığını, hissə-hissə tam olaraq borcunu İddiaçı qaytarıb verəcəyini bildirmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməli, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması bildirilməlidir. İş materiallarında olan və Cavabdeh tərəfindən öz dəstixətti ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 15000 (on beş min) manat və 2500 (iki min beş yüz) dollar borc pul aldı. xx.xx.2022-ci il tarixdə aldığı borcu qaytarmağa söz verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-cı maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 30006 (otuz min altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-627/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-627/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver