Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-65/2021 09.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdehlər Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 iştirakları ilə İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» KB ASC məhkəməyə müraciət edərək, cavabdeh – vərəsələr Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 257,69 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştiraki olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı öz ərizədə göstərmişdir ki, «xxxx» KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olunduqdan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Sumqayıt şəhəri ASAN xidmət Notariat ofisinə müraciət olunmuşdur. Bakı şəhəri 35 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh – vərəsələr Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx»KB ASC-yə 257,69 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sumqayıt şəhəri ASAN xidmət Notariat ofisinin «xxxx» KB ASC-ə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 daşınar və daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar.Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 Şirzad qızı iddianı qəbul etmədi və göstərdi ki, pandemiya ilə bağlı işləmir və tələb olunan pulu ödəmək imkanı yoxdur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 iddianı qəbul etmədi və göstərdi ki, o, xəstədir tələb olunan pulu ödəmək imkanı yoxdur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. «xxxx» KB ASC X2 xx.xx.2017-ci il tarixdə bildiriş göndərmişdir. Bildirişdə borcun «xxxx» KB ASC-yə ödənilməsinin təmin edilməsini göstərilmişdir. Əks təqdirdə borcunun məcburi ödənilməsi üçün bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan və «xxxx» KB ASC tərəfindən tərtib edilmiş 23.12. 2020-ci il tarixli arayışdan görünür ki, X1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 257,69 manat borcu var. İş materiallarında olan və Sumqayıt şəhəri ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən «xxxx» KB ASC-yə ünvanlanm xx.xx.2020-ci il tarixli cavab məktubda göstərilmişdir ki, X1 vərəsələri Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 daşınar və daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqinda şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2018-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 Şirzad qızı və Cavabdeh3 «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 257,69 manat və ödənilmiş 20 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-65/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-65/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver