Məhkəmə qərarları › İş №2(028)-67/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-67/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-67/2024 13.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, X2 katibliyinin, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 35000 (otuz beş min) manat məbləğində borcun, kart hesabına göndərilmiş 900 (doqquz yüz) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 198 (bir yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada kredit müqaviləsi bağlamış və borcalana 1 ay müddətində xx.xx.2023-cü il tarixədək 35000 manat məbləğində borc vermişdir. Lakin borcalan həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bundan başqa o, cavabdehə xx.xx.2023-cü il tarixdə ondan əlavə pul istədiyi üçün 900 manat pulu göndərdiyi öz adına olan bank kartına göndərmişdir. Lakin cavabdeh nə kredit üzrə borcu, nə də ki karta göndərilən borcu qaytarmaqdan boyun qaçırır. Cavabdehə pretenziya məktubu göndərilmiş, onun qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X1 bildirdi ki, o, iddiaçının qonşusudur və iddiaçının cavabdehə 35000 manat bir, sonradan da 900 manat bir borc pul verdiyini bilirdi. Gülşən məsələni onunla bir böyük olaraq bölüşmüşdür. Cavabdeh Gülşənə ev məsələsində kömək etməyini bildirərək ondan borc almışdır. Sonradan həmin şəxs barəsində xoşəgəlməz məlumatlar eşitmişdir. Bu səbəbdən Gülşən həmin şəxsin borcu qaytarmadığına görə narahatlıq yaşayırdı. Məhkəmədə şahid X4 bildirdi ki, iddiaçının bacısıdır. Bacısı qızının oxuduğu məktəbdə valideynlər cavabdehdən ev aldıqlarını bildirmişlər və hər iki bacı da ev əldə etmək üçün cavabdehlə borc müqaviləsi bağlamışlar. Cavabdeh onlara Hövsan qəsəbəsində ev verəcəyini bildirmişdir. Evin əldə edilməsinə görə məsələnin maddi tərəfini rəsmiləşdirmək üçün notarisuda müqavilə imzalamışlar. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 35000 (otuz beş min) manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək borc alan Cavabdeh borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. E-manat ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə H*****M*****Ə*****oğluna məxsus Kapital Bank kartına (kart nömrəsi 416973*****6718) 900 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 35000 (otuz beş min) manat məbləğində borc, kart hesabına göndərilmiş 900 (doqquz yüz) manat məbləğində borc, cəmi 35900 manat borc və 198 (bir yüz doxsan səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar