Məhkəmə qərarları › İş №2(028)-683/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-683/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-683/2021 22.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC Cavabdeh oğıuna qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.03.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********46181 olan Samsung Galaxy A40 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 57 manat cərimə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən X3 üçün 1852,2 manat ödənilməmiş hissə, 550,8 manat cərimə, 02.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********02055 olan Samsung Galaxy A50 markalı telefon üçün 141 manat ödənilməmiş hissə, 14 manat cərimə, ümumilikdə 2826 manat borc və 48,26 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 02.05.2019-cu, 13.03.2020-ci və 16.03.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A50 markalı telefon,X3 və Samsung A40 markalı telefon almış, nəticədə 2826 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2020-ci tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 577,5 manat (yəni 12 ay x 48 manat + 1,5 manat ilkin ödəniş) olan İMEİ kodu **********46181 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 633 manat olmaqla ondan 576 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 manat cərimə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1852,2 manat (yəni 18 ay x 102,9 manat +0 manat ilkin ödəniş) olan X3 üçün ümumilikdə 2038 manat olmaqla ondan 1852,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 550,8 manat cərimə pulu və 02.05.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 784 (16 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan üçün 155 manat olmaqla ondan 141 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 manat cərimə borc pul yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 644,5 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 02.05.2019-cu, 13.03.2020-ci və 16.03.2020-ci il tarixli Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Samsung Galaxy A50 markalı telefon, X3 və Samsung Galaxy A40 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 02.05.2019-cu, 13.03.2020-ci və 16.03.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (16 ay) 49 manat, hər ay (18 ay) 102,9 manat və hər ay (12 ay) 48 manat olmaq şərti ilə ödəməlidir. 02.05.2019-cu, 13.03.2020-ci və 16.03.2020-ci tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Samsung Galaxy A50 markalı telefon, X3 və Samsung Galaxy A40 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 12.10.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********46181 olan Samsung Galaxy A40 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 57 manat cərimə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən X3 üçün 1852,2 manat ödənilməmiş hissə, 185,8 manat cərimə, 02.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********02055 olan Samsung Galaxy A50 markalı telefon üçün 141 manat ödənilməmiş hissə, 14 manat cərimə, cəmi 2826 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 256,8 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 80 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********46181 olan Samsung Galaxy A40 markalı telefon üçün 576 manat ödənilməmiş hissə, 20 manat cərimə, 13.03.2020-ci il tarixli müqaviləsinə əsasən X3 üçün 1852,2 manat ödənilməmiş hissə, 50 manat cərimə, 02.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********02055 olan Samsung Galaxy A50 markalı telefon üçün 141 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 2649,2 manat borc və 48,26 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar