Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-691/2021 29.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğıuna qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.08.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********63491 olan Samsung Galaxy A31 markalı telefon üçün 694,8 manat ödənilməmiş hissə, 69,2 manat cərimə, 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən Hoffman kondisioner üçün 744 manat ödənilməmiş hissə, 74 manat cərimə, 21.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0YAYXJ olan Lenovo Tab TB-7104F/7 markalı tablet üçün 66,4 manat ödənilməmiş hissə, 6,6 manat cərimə, ümumilikdə 1655 manat borc və 36,55 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 28.08.2020-ci, 03.06.2020-ci və 21.05.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A31 markalı telefon, Hoffman kondisioner və Lenovo Tab TB-7104F/7 markalı tablet almış, nəticədə 1655 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.08.2020-ci tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 694,8 manat (yəni 12 ay x 57,9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********63491 olan Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə 764 manat olmaqla ondan 694,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69,2 manat cərimə, 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 898,2 manat (yəni 18 ay x 49,9 manat +0 manat ilkin ödəniş) olan Hoffman kondisioner üçün ümumilikdə 818 manat olmaqla ondan 744 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74 manat cərimə pulu və 21.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 242,4 (6 ay x 40,4 manat + 0 manat ilkin ödəniş) olan Lenovo Tab TB-7104F/7 markalı tablet üçün 73 manat olmaqla ondan 66,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,6 manat cərimə borc pul yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 330,2 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 28.08.2020-ci il tarixli, 21118467 saylı, 03.06.2020-ci il tarixli, 20328604 saylı və 21.05.2020-ci il tarixli, 20295131 saylı Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Samsung Galaxy A31 markalı telefon, Hoffman kondisioner və Lenovo Tab TB-7104F/7 markalı tabletə dair müqavilə imzalamışdır. Müqavilələrin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 28.08.2020-ci il tarixli, 03.06.2020-ci il tarixli və 21.05.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 57,9 manat, hər ay (18 ay) 49,9 manat və hər ay (6 ay) 40,4 manat olmaq şərti ilə ödəməlidir. 28.08.2020-ci il tarixli, 03.06.2020-ci il tarixli və 21.05.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Bədəlov X1 Galaxy A31 markalı telefon, Hoffman kondisioner və Lenovo Tab TB-7104F/7 markalı tablet adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 19.10.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.08.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********63491 olan Samsung Galaxy A31 markalı telefon üçün 694,8 manat ödənilməmiş hissə, 69,2 manat cərimə, 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən Hoffman kondisioner üçün 744 manat ödənilməmiş hissə, 74 manat cərimə, 21.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0YAYXJ olan Lenovo Tab TB-7104F/7 markalı tablet üçün 66,4 manat ödənilməmiş hissə, 6,6 manat cərimə, ümumilikdə 1655 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 149,8 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 46,6 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********63491 olan Samsung Galaxy A31 markalı telefon üçün 694,8 manat ödənilməmiş hissə, 20 manat cərimə, 03.06.2020-ci il tarixli müqaviləsinə əsasən Hoffman kondisioner üçün 744 manat ödənilməmiş hissə, 20 manat cərimə, 21.05.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu HA0YAYXJ olan Lenovo Tab TB-7104F/7 markalı tablet üçün 66,4 manat ödənilməmiş hissə, 6,6 manat cərimə, ümumilikdə 1551,18 manat borc və 36,55 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-691/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-691/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver