Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-714/2021 27.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 27 dekabr 2021-ci il tarixə, saat 14:30-a təyin edilmişdir. İddiaçı "xxxx" ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev tərəfindən 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh ilə razılıq əldə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı "xxxx" ASC Cavabdeh qarşı 2(028)- 714/2021 saylı mülki işi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki iş üzrə icraatın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №2(028)-714/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-714/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver