Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-722/2021 14.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Nizami oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13000 (on üç min) ABŞ dölları, 2150 (iki min yüz əlli) manat məbləğində pulun, 5000 (beş min) manat dəyərində qızıl-zınət əşyalarının, 200 (iki yüz) manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunu tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 25.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 13000 (on üç min) ABŞ dölları, 2150 (iki min yüz əlli) manat məbləğində pulun, 5000 (beş min) manat dəyərində qızıl-zınət əşyalarının, 200 (iki yüz) manat hüquqi xidmətə görə və 180 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh tezliklə qaytarmaq şərti ilə ondan əvvəlcə 13000 (on üç min) ABŞ dolları, sonra isə 2150 (iki min yüz əlli) manat məbləğində pul və 5000 (beş min) manat dəyərində qızıl-zınət əşyalarını almışdır. Cavabdeh ona bildirmişdir ki, qardaşı dalaşıb və polisə düşüb. Qardaşına kömək etmək üçün ona pul lazımdır.Cavabdeh pulun qaytarılması barədə öz dəstixətti ilə tərtib edilmiş iltizam vermişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə hal-hazıra qədər bunu etməmişdir. O, cavabdeh barəsində tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Onun və cavabdehin izahatları alınmış və cavabdeh həqiqətən ona borclu olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də onun pullarını qaytarmaq istəmir.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və Cavabdeh tərəfindən tərtib edilmiş və imzalanmış 08.03.2020-ci il tarixli müqavilədə göstərilmişdir ki, Cavabdeh İddiaçı kursu 75 (yetmiş beş) manat olan vaxtı 13 min ABŞ dolları işə görə götürmüşdür. Hal-hazırda keçmiş kursla 13 min manat Gülsümə borcu var. Həmin pulu Hüseynquliyev Əvəzə vermişdir. Öləndən sonra onun üstündə qaldı. Özü qaytaracaq.Təzə borcudur.2019-cu ilin noyabr ayından İddiaçı 5 minlik qızılını götürmüşdür Lombarda qoyub 1500 (min beş yüz) manat almışdır. Bundan əlavə borcları var. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh tezliklə qaytarmaq şərti ilə 13000 ABŞ dolları, 2150 AZN pul və təxminən 5000 AZN dəyərində qızıl-zinət əşyaları versə də, sonuncu sonradan ondan almış olduğu pulu və təxminən 5000 AZN dəyərində qızıl-zinət əşyaları qaytarmayaraq ona qarşı dələduzluq hərəkətləri etmişdir. Tətqiqat zamanı Cavabdeh izahat verərkən İddiaçı pulu və qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma 200 manat ödədiyini göstərsə də, bunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Bu hissədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) ABŞ dolları (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla), 2150 (iki min yüz əlli) manat məbləğində pul, 5000 (beş min) manat dəyərində qızıl-zinət əşyaları və 180 (yüz səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(028)-722/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-722/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver