Məhkəmə qərarları › İş №2(028)-728/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-728/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-728/2021 24.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə acıq məhkəmə içlasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 57,75 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə ödənilmiş 50 (əlli) manat, 30 manat dövlət rüünvan 1u, 0,40 manat məbləğində bank xidmət haqqının, cəmi 138,15 (yüz otuz səkkiz,15) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, «SNTV» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC ünvan 1qayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərini göstərir.Vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkilir. Lakin bəzi vətəndaşlar müqavilə bağlamadan qanunsuz olaraq «SNTV»-yə məxsus kabel şəbəkəsinə qoşulurlar.Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC "xxxx" hüquq firması ilə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. 5 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1qayıt şəhəri, 1-ci mkr., ev 7/5, 21 saylı mənzilinin sahibi Cavabdehdur. 19.04.2013-ci il tarixdə və 04.07.2013-cü il tarıxdə "xxxx" hüquq firması və «SNTV» kabel televiziyanın əməkdaşları ünvan 1qayıt şəhəri, 1-ci mkr., ev 7/5, 21 saylı mənzil ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilib və müvafiq aktlar tərtib olunmuşdur Həmin ünvanda kecirilmiş son baxış 10.01.2013-cü il tarixində olmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Qeyd olunan ünvanda son baxış tarixi olan 10.01.2013-cü il tarixdə kabel şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 04.07.2013-cü il tarixli 0149 S saylı aktın tərtib olunma tarixinədək olan müddət 175 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 57,75 manat təşkil edir. İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsi barədə müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat ödəyir. Ödənilən dövlət rüünvan 1u 30 manat, bank xidmət haqqı 0,40 manat təşkil edir.Beləliklə Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ 138,15 manat (50+30,40+57,75 manat) təşkil edir. İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsi barədə müqavilənin 4.2-ci bəndinə əsasən qrafikdən kənar keçirilən nəzarət baxışı zamanı eyni ünvanda yerləşən binalarda hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün 40 manat ödəyir. Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının «Telekommunikasiya haqqında» qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 saylı «Telekommunikasiya şəbəkələrin, vasitə və qurğularının mühafizəsi Qaydaları»nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 22.09.2021-ci il tarixli,668 №-li ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Cavabdeh işi ilə bağlı "xxxx" MMC-yə 50 manat ödəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 19.04.2013-ci il tarixdə və 04.07.2013-cü il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin «SNTV» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar ediməsi haqqında aktlarda göstərilir ki, ünvan 1qayıt şəhəri, 1-ci mkr., ev 7/5, 21 saylı mənzilinin sakini tərəfindən «SNTV» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuşdur. Həmin ünvanda keçirilmiş son baxış 10.01.2013-cü il tarixində olmuşdur. Qanunsuz qoşulma barədə tərtib olunan 04.07.2013-cü il tarixli 0149 S saylı aktın tərtib olunma tarixinədək olan müddət 175 gün təşkil edir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 57,75 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, nümayəndənin göstərdiyi yardıma görə cavabdehdən 20 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 57,75 manat abunə haqqı qismində vurulmuş zərər, hüquqi göstərilməsi və qrafik üzrə ödənilmiş 20 (iyirmi) manat, 30 manat dövlət rüünvan 1u, 0,40 manat məbləğində bank xidmət haqqı, cəmi 108,15 ( yüz səkkiz,15) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar