Məhkəmə qərarları › İş №2(028)-731/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-731/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-731/2021 21.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 2296,24 manat əsas borc, 37,97 manat faiz borcu, cəmi 2334,21 manat borcun, Cavabdeh1 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 745,1 manat əsas borc və 12,92 manat faiz borcu olmaqla, cəmi 758,02 manat borcun və 51,33 manat məbləğində dövlət rüsumunun tutularaq xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2296,24 manat məbləğində kredit. verilmişdir.Eyni zamanda bank və digər Cavabdeh2 arasında 05.07.2019-cu il tarixli, 100821- 146335/11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Həmçinin "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən 1% dərəcəsi ilə 60 ay müddətinə 745,10 manat məbləğində kredit verilmişdir.Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur.Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olsa da, onlar banka olan borclarını ödəməmişdirlər.28.10.2021-ci il tarixinə cavabdehlərin 05.07.2019-cu il tarixli 100821- 146335/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 2296,24 manat əsas borc, 37,97 manat faiz borcu, cəmi 2334,21 manat borcu, Cavabdeh1 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 745,1 manat əsas borc və 12,92 manat faiz borcu olmaqla, cəmi 758,02 manat borcu yaranmışdır. Güzəştli kredit müqavilələrinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır.Belə kik, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədənə xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh1 ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehin ünvanına çatdırılmış, lakin cavabdehdən məhkəməyə heç bir sənəd daxil olmamışdır. Cavabdeh2 ünvanlanmış məhkəmə bildirişi ünvan tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC müştəriyə (Cavabdeh1) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və maliyyə Bazarlarına Nəzarət palatasının 02 aprel 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə. penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür.Kreditin məbləği 745,10 manatdır.Kreditin müddəti 60 aydır.Güzəşt müddəti faizlər hər ay ödənilməklə əsas borcun ödənilməsinə 12 ay.Kreditin illik faiz dərəcəsi 1%-dir. Komisyon haqqı tutulmur. 28.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx"ASC-yə 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə 745,10 manat əsas borc və 12,92 manat faiz borcu olmaqla, cəmi 758,02 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 602 gün təşkil edir. 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC müştəriyə (Cavabdeh1) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və maliyyə Bazarlarına Nəzarət palatasının 02 aprel 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə. penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydas”na uyğun restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlətlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür.Kreditin məbləği 2296,24 manatdır.Kreditin müddəti 60 aydır. Güzəşt müddəti - faizlər hər ay ödənilməklə əsas borcun ödənilməsinə 12 ay.Kreditin illik faiz dərəcəsi 1%-dir. Komisyon haqqı tutulmur. 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalanın - Cavabdeh1 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. 28.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx"ASC-yə 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 2296,24 manat əsas borc və 37,97 manat faiz borcu olmaqla, cəmi 2334,21 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 602 gün təşkil edir. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, "xxxx"ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclarına dair məlumat göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit məbləğini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdilər. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 05.07.2019-cu il tarixli 100821-146335/11 nömrəli güzəştli kredit müqaviləsi üzrə 2296,24 manat əsas borc, 37,97 manat faiz borcu, cəmi 2334,21 manat borc, Cavabdeh1 05.07.2019-cu il tarixli 100821-146335/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə isə 745,1 manat əsas borc və 12,92 manat faiz borcu olmaqla, cəmi 758,02 manat borc və 51,33 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar