Məhkəmə qərarları › İş №2(028)-731/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-731/2025

25.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-731/2025 25.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, Cavabdeh ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat borcun alınaraq xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər qonşudurlar, 2024-cü ilin yay aylarında cavabdeh dərzi sexini genişləndirmək, həmin sexə lazımi materiallar və parçalar almaq üçün iddiaçıdan 10000 manat pul istəmiş, biznesi genişləndirərək böyük gəlir götürəcəyini və gəlirdən iddiaçıya da xeyir verəcəyini vəd etmişdir. O, cavabdehin sözlərinə inanaraq ona 2024-cü ilin sentyabr ayına kimi hissə-hissə olmaqla ümumilikdə 10000 manat pul vermiş, lakin cavabdeh vədinə əməl etməyərək aldığı pulu tam olaraq qaytarmamışdır. Bu günədək cavabdeh ona 1000 manat ödəmiş və 9000 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ondan götürdüyü məbləğdən müxtəlif vaxtlarda cəmi 1000 manat ödəniş etmiş, hazırda sonuncunun ona ödənilməmiş 9000 manat borcu qalmışdır. İddia tələbi müdafiə edir və qalıq məbləğin tam şəkildə geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya 9000 manat borcu olduğunu etiraf edir. İdarə etdiyi tikiş sexində sifarişləri geri qaytarıldığına görə borcları yaranmış, bu səbəbdən hazırki məbləği birdəfəlik ödəyə bilmir. Lakin qalıq 9000 manat borcunu ödəyəcəyinə söz verir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İddiaçı Sumqayıt ŞPİ-nin 1-ci Polsi Bölməsinə müraciəti əsasında material üzrə (58- 1/1-H-17597/11/25 saylı xx.xx.2025-ci il tarixli müraciət) izahatı alınmış Cavabdeh həmin izahatında bildirmişdir ki, İddiaçı onun qonşusudur. Özü paltar tikib satmaqla məşğuldur. Yəni tikiş sexi vardır. Təxminən bir il əvvəl işi ilə bağlı Mətanətə borca pul verməsi və verdiyi pulun müqabilində ona artıq pul verəcəyi barədə razılığa gəlmişlər. Mətanət ona müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermişdir. O, hər dəfə pulu qaytaranda üstündə artıq pul qaytarmışdır. Sonuncu dəfə ona 10000 manat pul vermişdir, pulun 1000 manatını qaytarmış və 1000 manatdan əlavə ona faiz kimi 2000 manat pul ödəmişdir. O, İddiaçı 9000 (doqquz min) manatı 2026-cı ilin yanvar ayında qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: -14.2.7. Əsassız varlanma. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maadəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mülki işdə iddiaçının tələbi cavabdehin polis bölməsində və məhkəmə iclasında vermiş olduğu izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçıya həqiqətən də bu günki tarixə 9000 manat borcunun qaldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar