Məhkəmə qərarları › İş №2(028)-77/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-77/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-77/2021 11.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********85546 olan Samsung Galaxy A6 markalı telefon üçün 156 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********65571 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********92060 olan Samsung Galaxy J6 plus markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********06317 olan Samsung Galaxy A50 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********75487 olan Samsung Galaxy A80 markalı telefon üçün 1530 manat ödənilməmiş hissə, 408 manat dəbbə pulu, ümumilikdə 3232 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3262 (üç min iki yüz altmış iki) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il,xx.xx.2018-ci il,xx.xx.2019cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********85546 olan Samsung Galaxy A6 markalı telefon, İMEİ kodu **********65571 olan Xiaomi Mi A2 Lite markalı telefon, İMEİ kodu **********92060 olan Samsung Galaxy J6 plus markalı telefon, İMEİ kodu **********06317 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********75487 olan Samsung Galaxy A80 markalı telefon almış və nəticədə 3232 (üç min iki yüz otuz iki) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 938 manat (12 ay x 78 manat+2 manat ilkin ödəniş) olan İMEİ kodu **********85546 olan Samsung Galaxy A6 markalı telefon üçün umimilikdə 202 manat olmaqla, ondan 156 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 615 manat (12 ay x 51 manat+3 manat ilkin ödəniş) olan İMEİ kodu **********65571 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün umimilikdə 110 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 600 manat (12 ay x 50 manat+0 manat ilkin ödəniş) olan İMEİ kodu **********92060 olan Samsung Galaxy J6 plus markalı telefon üçün umimilikdə 390 manat olmaqla, ondan 300 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu, xx.xx.2019-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 685 manat (9 ay x 76 manat+1 manat ilkin ödəniş) olan İMEİ kodu **********06317 olan Samsung Galaxy A50 markalı telefon üçün umimilikdə 592 manat olmaqla, ondan 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə pulu, xx.xx.2019cü il tarixli müqavilələrinə əsasən alqı-satqı qiyməti 1710 manat (18 ay x 85 manat+180 manat ilkin ödəniş) olan İMEİ kodu **********75487 olan Samsung Galaxy A80 markalı telefon üçün umimilikdə 1938 manat olmaqla, ondan 1530 manat ödənilməmiş hissə, 408 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 2026 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC Cavabdeh ilə bağladığı xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A6, Xiaomi Mi A2 Lite, Samsung Galaxy J6 plus, Samsung Galaxy A50 və Samsung Galaxy A80 markalı telefonlar müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2522 manat ödənilməmiş məbləğ, 710 manat dəbbə pulu, ümumilikdə 3232 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 710 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 120 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********85546 olan Samsung Galaxy A6 markalı telefon üçün 156 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********65571 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 80 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2019-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********92060 olan Samsung Galaxy J6 plus markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2019-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********06317 olan Samsung Galaxy A50 markalı telefon üçün 456 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2019-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********75487 olan Samsung Galaxy A80 markalı telefon üçün 1530 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 2642 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2672 (iki min altı yüz yetmiş iki) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar