Məhkəmə qərarları › İş №2(028)-8/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-8/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-8/2021 29.01.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi X4, Cavabdeh, Cavabdeh vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçının mərhum həyat yoldaşı X3 xx xxxx 2015-ci ildə Bakı şəhəri “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla cavabdehə 65040 (altmış beş min qırx) manat məbləğində borc pul vermişdir.Həmin müqaviləsinə əsasən cavabdeh hər ay 2710 (iki min yeddi yüz on) manat ödəmək şərti ilə xx xxxx 2017-ci ilə kimi borcu mərhum həyat yoldaşına ödəməli idi.Lakin cavabdeh hissə-hissə, sonuncu dəfə 2019-cu ilin fevral ayında ödəniş edərək mərhum həyat yoldaşına ümumilikdə 38900 (otuz səkkiz min doqquz yüz) manat məbləğində pul ödəmiş və 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində borcu qalmışdır.Dəfələrlə cavabdehə müraciət edərək borcu ödəməsini tələb etsə də, o, müxtəlif bəhanalər gətirərək borcu ödəmir. xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusunda xx.xx.2019-cu ildə vəfat etmiş iddiaçının həyat yoldaşı X1 adına vərəsilik işi açılmış və o, vərəsə kimi tanınmışdır.Hazırda mərhum həyat yoldaşının vərəsəsi kimi həmin borcu tələb edir. Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, ona qarşı verilmiş iddia əsassızdır və qanuna ziddir .2015-ci ilin mart ayında iddiaçının həyat yoldaşı mərhum X3 ilə görüşmüşdür.Görüş zamanı məlum olmuşdur ki, X3 faizə pul verir.Əvvəllər Tacəddin adlı şəxs tərəfindən ona verildiyi pul vəsaiti də X2 məxsus olmuşdur.O, X3 ilə borc məbləğinin 65000 manat olması barədə razılığa gələrək bu barədə notariat qaydasında təsdiq edilmiş borc müqaviləsı bağlamışlar. 2015-ci ilin aprel ayından etibarən avqust ayınadək hər ay 2700 manat, sonra isə hər ay 1000-2000 manat ödəməklə 2019-cu ilin oktyabr ayınadək 60000 manat onun tərəfindən ödənilmişdir. 2000 manat X3 ona güzəşt edərək tələb etmədi.Onun cəmisi 7000 manat borcu qalmışdır.2020-ci ilin fevral ayında mərhum X1 övladları kimi özünü təqdim edən Elvin və Sadiq adlı və iddiaçı İddiaçı qardaşı kimi özünü təqdim edən Şirvan adlı şəxlər onunla görüşmüdürlər.Onlara bildirib ki, X2 7000 manat borcu qalmış və mərhum ona 2000 manat güzəşt etmişdir.Belə olan halda onun 5000 manat borcu qalmışdır. Həmin şəxslər onun 5000 manat borcu olmasını təsdiqləmişdirlər.Onlara məlumat verilmişdir ki, 2020-ci ilin mart ayında Rusiya Federasiyasına gedərək biznes əşyaları sataraq pulu qaytaracaq. Lakin pandemiya ilə əlaqədar bu mümkün olmamışdır. Bundan sonra Elvin ona zəng edərək 5000 manat olan borcu hissə-hissə olaraq 300-500 manat qaytarılmasını xahiş etmişdir.O, bildirdi ki, pandemiya ilə əlaqədar işsizdir və bir müddət vaxt istəmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçı tərəfindən məhkəməyə müraciət olunub və ondan 26000 manat tələb olunur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və X3 ilə Cavabdeh arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, kredit verən X3 65040 (altmış beş min qırx) manat məbləğində pulu faizi hesablanmadan hər ay 2710 (iki min yeddi yüz on) manat ödəmək şərti ilə xx xxxx 2017-ci il tarixədək kredit alan Cavabdeh mülkiyyətinə verdi. İş materiallarında olan və notariat qaydasında təsdiq edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan və notariat qaydasında təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə ölmüş X1 vərəsi arvadı İddiaçıdır və o, miras əmlakdan tam payda irs almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16,10 kv.m. olan qeyri-yaşayış sahəsindən ibarətdir. İş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış qəbzlərin kserosurətindən görünür ki, cavabdeh hissə-hissə ödəniş edərək ümumilikdə 38900 (otuz səkkiz min doqquz yüz) manat məbləğində pul ödəmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borçludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cü maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üc min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26140 (iyirmi altı min yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar