Məhkəmə qərarları › İş №2(028)-8/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-8/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-8/2022 25.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 5836,95 manat əsas borcun, 2686,50 manat faiz borcun, 4030,25 manat cərimə borcun, cəmi 12553,70 (on iki min beş yüz əlli üç,70) manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 25 yanvar 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən elektron kabinet vasitəsi ilə 24.01.2022-ci il tarixdə məhkəməyə göndərilmiş ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin maddənin tələbinə əsasən məhkəmədən İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulmasına dair 2(028)-8/2022 saylı mülki işin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" QSC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar