Məhkəmə qərarları › İş №2(028)-90/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-90/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-90/2021 26.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi İddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 347 manat borc, 60 manat faiz, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 427 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Sumqayıt şəhərində yerləşən “Beko” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli ******* saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 666 manat olan “Samsung Galaxy A7” markalı telefon almış, nəticədə 347 manat borc yaranmışdır. Bugünədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, o, müqavilə şərtlərini pozmuş və alqı-satqı qiyməti 666 manat olan “Samsung Galaxy A7” markalı telefon üçün ümumilikdə 347 manat ödənilməmiş hissə, 60 manat faiz (1 manat x 2 ay x 30 gün), (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında faiz) yaranmışdır. Borclu axırıncı dəfə xx.xx.2020-cı il tarixdə 20 manat olmaqla, cəmi 319 manat ödəniş etmişdir. Qeyd edilən müqaviləyə əsasən göstərilən ödənilməmiş hissəsi, “Alıcı" tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir; 2.4 “Alıcı" ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. 3.1 Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. 4.1 Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir.Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvandan köçdüyünə görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, S3K45701392 saylı Nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı fiziki şəxs İddiaçı satış qiyməti 666 manat olan 1 ədəd Samsung Galaxy A7 SM-A700H White markalı mobil telefonu alıcı Cavabdeh satmağı, alıcı isə bu müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 2.2-ci bəndinə görə alıcı malın satış qiymətindən ilkin ödəniş (114 manat) çıxıldıqdan sonra qalan 552 manat məbləği 12 ay müddətinə ayda 46 manat olmaqla hər ayın on altısınadək ödəməlidir. xx.xx.2021-ci il tarixli Maliyyə arayışına görə Cavabdeh xx.xx.2021-ci il tarixinə xx.xx.2015-ci il tarixli müqavilə üzrə fiziki şəxs İddiaçı 347 manat əsas və 60 manat faiz borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1, 600.4, 600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 347 manat borc, 60 manat faiz, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 427 manat iddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 347 manat borc, 60 manat faiz, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 427 manat iddiaçı ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar