Məhkəmə qərarları › İş №2(028)-93/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-93/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-93/2021 22.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi X1 Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə BOKTİddiaçı QSC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: BOKTİddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə ümumilikdə 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz,55) manat məbləğində əldən çıxmış faydanın və dəymiş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh dair sənədlər S-FK-1094 saylı, 11.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 19.06.2008-ci il tarixli, A/1077 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % olmaqla 12 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində 01 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evi banka ipotekaya qoyulmuşdur. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə xəbərdarlıq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh bank qarşısında öhdəlikıərinin lazımınca yerinə yetirməmişdir.Bununla əlaqədar olaraq məhkəməyə müraciət olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi başa çatanadək 11192,71 manat əsas borc, cərimə borcu 100 manat, cəmi 11292,71 (on bir min iki yüz doxsan iki,71) manat tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh kredit müqaviləsinə əsasən təmin edilməmiş əsas borc üzrə dəymiş zərər 6907,25 manat təşkil edir, öhdəliklərini vaxtında icra etmədiyi üçün 09.09.2020-ci il tarixədək 25838,96 manat faiz borcu, Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 14653,34 manat olmaqla, cəmi 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz,55) manat məbləğində dəymiş zərər və əldən çıxmış fayda hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəlləsinin MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Mülki Məcəlləsinin MM-in 443.1 və 443.2-ci maddələri). Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh BOKT"xxxx" QSC qarşısında olan öhdəliklərini 09.09.2020-ci il tarixədək icra etməmişdir.Göstərilənləri nəzərə alaraq iddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsi üzrə 18100 manat əsas borc, 15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair dəyişdirilmişdir.11192,71 manat əsas borc, 100 manat cərimə borcu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Faiz borcuna dair hissədə iddia rədd olunmuşdur.Göründüyü kimi hazırki iddiaya bir dəfə məhkəmədə baxılıb və iddia tələbi rədd olunmuşdur.İddiaçı hazırda məhkəmələrin qərarları ilə təmin olunmayan iddia tələbini yenidən irəli sürmüşdür.Əldən çıxmış faydaya münasibətdə qeyd olunmalıdır ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarının 4-cü bəndində qeyd olunur ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.Bunu nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddianı rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin S-FK-1094 saylı, 11.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh kredit borcları barədə maliyyə arayışından görünür ki, "xxxx" ASC-yə cəmi borc (kredit) 43938,96 manat, əsas borc (kredit) 18100 manat, faiz borcu (kredit) 25838,96 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsi üzrə 18.100 manat əsas borc,15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair dəyişdirilmiş, 11192,71 manat əsas borc, 100 manat cərimə borcu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Faiz borcuna dair hissədə iddia rədd olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə ipoteka predmetinin ilkin satış qiymətinin 166000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddələsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunmuşur ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Abşeron Rayon Məhkəməsinin 29.07.2015-ci il tarixli qətnaməsi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.01.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunmuş hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə kredit müqaviləsi 19.06.2008-ci il tarixdə 12 ay müddətinə bağlanılmış və iddiaçı 2009-cu ildə cavabdehin onun qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə tutmanı ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində 01 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evinə yönəldilməsi tələbi ilə müraciət etməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası MM-in 269-cu maddəsinə müvafiq olaraq, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Cavabdeh 19.06.2008-ci il tarixdə 12 ay müddətinə 100000 manat məbləğində kredit götürmüş və öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 01 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 15 saylı yaşayış evini banka ipotekaya qoymuşdur. Məhkəmədə ipotekaya qoyulmuş evə tutmanın yönəldilməsi və ipoteka predmetinin satışının həyata keçirilməsinə dair cavabdeh tərəfindən hər hansı maneə törədilməsini təsdiq etmiş hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə ümumilikdə 47399,55 (qırx yeddi min üç yüz doxsan doqquz,55) manat məbləğində əldən çıxmış faydanın və dəymiş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar