Məhkəmə qərarları › İş №2(029)-100/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-100/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-100/2020 17.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələblərə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 11000 (on bir min) manat məbləğində dəbbə borcu, cəmi 31340,48 (otuz bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2ində yerləşən 0,1403 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2ində 0.25 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə cəmi 31340,48 (otuz bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2ində 0.1403 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2ində 0.25 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsinə əsasən illik 48 faiz dərəcəsi olmaqla 19 ay müddətinə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli QFS- 5820 saylı Baş-kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 11000 (on bir min) manat məbləğində dəbbə borcu, cəmi 31340,48 (otuz bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat təşkil edir. xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2ində yerləşən 0.1403 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2ində yerləşən 0.25 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini pozduqda girovsaxlayan(Bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 11000 (on bir min) manat məbləğində dəbbə borcu, cəmi 31340,48 (otuz bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat pul tutulmalı, tələblər ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ipoteka predmetləri boşaldılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə onun arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli QFS- 5820 saylı Baş-kredit müqaviləsinə əsasən ona illik 48 faiz dərəcəsi olmaqla 19 ay müddətinə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2ində yerləşən 0.1403 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, eləcə də, tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 2ində yerləşən 0.25 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Maddi imkanı pis olduğu üçün banka olan borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. İmkanı olan kimi ödəyəcəkdir. Lakin İddiaçı ASC tərəfindən hesablanmış cərimə yüksək göstərilmişdir. Həmin cərimənin azaldılmasını xahiş edir. Odur ki, qeyd edilənlərinəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı Baş Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 48 faiz dərəcəsi olmaqla 19 ay müddətinə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı İpoteka Müqaviləsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən, 0.1403 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 56.8 kv.metr, yardımçı sahəsi 43.6 kv.metr, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan olan xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı İpoteka Müqaviləsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1i ünvanında yerləşən, 0.25 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 63.2 kv.metr, köməkçi sahəsi 159.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* saylı, **********13-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxxxxxx 2007-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinxən Çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.2 kv.metr yaşayış, 159.7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinxən Çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.8 kv.metr yaşayış, 43.6 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinxən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus **********13-10301 reyestr nömrəli ünvan 1i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxx 2013-cü il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq İddiaçı ASC-nin Qusar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinxən Çıxarışın təsdiq olunmuş surətindən surətindən görünür ki, Cavabdeh2 məxsus **********36-10301 reyestr nömrəli ünvan 1i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxxxx 2014-cü il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq İddiaçı ASC-nin Qusar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, RB-02/PK-9430 nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə olan borcu 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu, 11000 (on bir min) manat məbləğində dəbbə borcu11000 (on bir min) manat məbləğində dəbbə borcu, cəmi 31340,48 (otuz bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx xxxxxxxx 2017-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı-İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında məlumatdan və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalı-Xidmət haqqının ödənilməsi haqqında ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC ipoteka bildirişlərin qeydə alınması üçün 30 (otuz) manat rüsum ödəniş etmişdir. İşdə olan “X4” MMC tərəfindən verilmiş ƏEM/O 29-559/20 nömrəli, xx xxxxxxx 2020ci il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 63.2 kv.metr, köməkçi sahəsi 159.7 kv.metr olan fərdi yaşayış evinin xx xxx 2020-ci il tarixə bazar dəyəri 78000,0 (yetmiş səkkiz min) manat, likvid dəyəri isə 70000,0 (yetmiş min) manat və Cavabdeh2 məxsus ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 56.8 kv.metr, yardımçı sahəsi 43.6 kv.metr, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri 45000,0 (qırx beş min) manat, likvid dəyəri isə 40000,0 (qırx min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 5408 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, QFS-5820 saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu 16.788,02 (on altı min yeddi yüz səksən səkkiz manat iki qəpik) əsas kredit borcu və 3.650,46 (üç min altı yüz əlli manat qırx altı qəpik) manat faiz borcu kimi müəyyən olunur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsinə əsasən illik 48 faiz dərəcəsi olmaqla 19 ay müddətinə Cavabdeh1 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2ində yerləşən 0.1403 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2ində yerləşən 0.25 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İpoteka predmetinin dəyəriləndirilməsinə dair “X4” MMC-nin ƏEM/O 29-559/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli Ekspert rəyinə əsasən Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 63.2 kv.metr, köməkçi sahəsi 159.7 kv.metr olan fərdi yaşayış evinin xx xxx 2020-ci il tarixə bazar dəyəri 78000,0 (yetmiş səkkiz min) manat, likvid dəyəri isə 70000,0 (yetmiş min) manat və Cavabdeh2 məxsus ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 56.8 kv.metr, yardımçı sahəsi 43.6 kv.metr, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri 45000,0 (qırx beş min) manat, likvid dəyəri isə 40000,0 (qırx min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə Cavabdeh1 hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 1000 (bir min) manat məbləğində dəbbə borcu, cəmi 21340.48 (iyirmi bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat kredit borcu, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pul tutulmalı, tələb mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.8 kv.metr yaşayış, 43.6 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinə, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.2 kv.metr yaşayış, 159.7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.8 kv.metr yaşayış, 43.6 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinin satış qiyməti 45000 (qırx beş min) manat, Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.2 kv.metr yaşayış, 159.7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 78000 (yetmiş səkkiz min) manat müəyyən edilməli, bu əmlaklar açıq hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Başkredit müqaviləsi üzrə cəmi 21400.48 (iyirmi bir min dörd yüz manat qırx səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-yə ödənilməli, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılmalı və həmin əmlaklar boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. İş üzrə 300 (bir yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub 100 (bir yüz) manat Məhkəmə Eekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 (iki yüz) manat isə “X4” MMC-nin hesabına ( VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə 15492,37 (on beş min dörd yüz doxsan iki manat otuz yeddi qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 4848,11 (dörd min səkkiz yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 1000 (bir min) manat məbləğində dəbbə borcu, cəmi 21340.48 (iyirmi bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat kredit borcu, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutulsun. Tələb mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.8 kv.metr yaşayış, 43.6 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinə, eləcə də, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.2 kv.metr yaşayış, 159.7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetləri olan Cavabdeh2 məxsus ünvan 2i ünvanında yerləşən 0.1403 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.8 kv.metr yaşayış, 43.6 kv.metr yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 100.4 kv.metr olan fərdi yaşayış evinin satış qiyməti 45000 (qırx beş min) manat, Cavabdeh1 məxsus ünvan 2i ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.2 kv.metr yaşayış, 159.7 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 78000 (yetmiş səkkiz min) manat müəyyən edilsin, bu əmlaklar açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli QFS-5820 saylı Baş-kredit müqaviləsi üzrə cəmi 21340.48 (iyirmi bir min üç yüz qırx manat qırx səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin. İpoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin əmlaklardan çıxarılsınlar və həmin əmlaklar boşaldılsın. İş üzrə 300 (bir yüz) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub 100 (bir yüz) manat Məhkəmə Eekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə görə 200 (iki yüz) manat isə “X4” MMC-nin hesabına ( VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar