Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1003/2024 25.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 2 uşağa görə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmış və nikahları Qusar rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(029)-518/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşağları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun himayəsində qalmışdırlar. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təklif ilə qarşı tərəf Cavabdeh, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarınzda olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar. Onunla Cavabdeh və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X8 arasında xx.xx.2021-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci tərəf Cavabdeh 2021-ci il noyabr ayından başlayaraq hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat məbləğində cəmi 250 (iki yüz əlli) manat aliment ödəməyə razılıq vermişdir və bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Lakin Cavabdeh könüllü müddət ərzində barışıq sazişini icra etmədiyinə görə o, aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunmasına görə Qusar rayon Məhkəməsinə müraciət etmişdir. Qusar rayon Məhkəməsinin 23 avgust 2022-ci il tarixli, 2(029)-802/2022 saylı Qətnaməsinə əsasən onunla Cavabdeh və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X8 arasında xx.xx.2021 -ci il tarixli 3 tərəfli müqavilə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci tərəf Cavabdeh 2021-ci il noyabr ayından başlayaraq hər ay hər uşağa 125(bir yüz iyirmi beş) manat məbləğində,cəmi 250(iki yüz əlli) manat alimentin ödənilməsinə dair imzalanmış müvafiq barışıq sazişi təsdiq edilmişdir. Beləliklə, hal-hazırda Cavabdeh ona uşaqların saxlanılmaları üçün hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment ödəyir. Cavabdeh 2 uşağın saxlanılması üçün hər ay ona aliment kimi ödədiyi cəmi 250 (iki yüz əlli) manat aylıq aliment uşaqların ehtiyaclarını ödəməyə kifayət etmir. Ona görə Cavabdeh uşaqların saxlanılmaları üçün daha artıq aliment ödəməyə borcludur. Bundan əlavə övladları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 hazırda məktəbli olduğundan geyim əşyaları və dərs ləvazimatlarının alınmasına zərurət yaranmışdır ki, cavabdeh tərəfindən ödənilən vəsait övladların saxlanılması üçün tələb olunan həmin xərclərin yarısını belə ödəmir. Onların saxlanma xərcləri bir neçə dəfə artmışdır və bu artan xərcləri tək başına ödəmək iqtidarında deyildir. Qeyd olunan xərclərinin ödənilməsində yaranmış çətinliklər övladlarının sosiallağının azalmasına, təhsillərinə olan münasibətinin zəifləməsinə səbəb olur. Buna görə də uşaqların normal qidalanmasını təmin edə bilmir. Buna görə də o, ''aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, orta hesabla hər ay 500 manat pul qazanır. O, iddiaçı ilə ayrıldıqdan sonra yenidən evlənmişdir. Hal-hazırki nikahından 1 körpə uşağı var. O, həmin uşağın saxlanması üçün 100-150 manat pul xərcləyir. Daha artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-518/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, 05 sentyabr 2014-cü il təvəllüdlü X7 və 06 aprel 2018-ci il təvəllüdlü X6 anaları X1 himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi X1 yaşayış yerinin müəyyən olunması qət edilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-802/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X5 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir. İşdə olan 27 sentyabr 2024-cü il tarixli 431 saylı Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X7 05 sentyabr 2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan AZ-İV 082782 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06 aprel 2018-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin (029)-802/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X5 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir. Həmin barışıq sazişi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilən qətnamə ilə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə artırılan alimentin miqdarının hər ay iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat deyil, 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, o, yenidən ailə qurmuş, hazırki nikahdan 1 körpə uağı var. O, həmin körpə uşağın saxlanması üçün hər ay 100-150 manat pul xərcləyir. Məhkəmə hesab edir ki, körpə uşağın saxlanması üçün 100-150 manat pul xərcləndiyi halda, hazırki iş üzrə uşaqların 10 və 6 yaşları olduğu nəzərə alınaraq, uşaqların yaşayış səviyyəsini, dünya baxış aspektini, gündəlik tələbat xərclərini nəzərə alaraq aliment məbləğinin hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat olmasını məqsədəmüvafiq hesab edir. Həmçinin alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmənin qənaətinə görə alimentin miqdarının cavabdehin məhkəmədə verdiyi izahatında bildirdiyi kimi, dəyişdirilmədən saxlanılması da Mələk və Milana adlı uşaqların mənafeyi baxımından qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.1-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, alimentin miqdarı 100 manat artırıldığından Cavabdeh bir il ərzində əlavə ödəyəcəyi alimentin miqdarı, yəni hazırkı iddianın qiyməti 1200 (12 X 100=1200) manat təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1200 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 200 (1200-1000=200) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 2 (iki) manat, cəmi isə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 05 sentyabr 2014-cü il təvəllüdlü X7 və 06 aprel 2018-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1003/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1003/2024
25.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver