Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-103/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 3093.83 (üç min doxsan üç dollar səksən üç sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 7793.22 (yeddi min yeddi yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə teleqram göndərərək, işə onların iştirakları olmadan baxılıb müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxx 2015-ci il tarixli ********* №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2015-ci il tarixli ZM-240009253 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bitmə tarixi xx xxxx 2017-ci il tarixdir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 3093.83 (üç min doxsan üç dollar səksən üç sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 7793.22 (yeddi min yeddi yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan 16 iyul 2015-ci il tarixli, ********* №-li kredit müqaviləsindən görünür ki, iddiaçı ləğv prosesində İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kreditor borcluya illik 25 faizlə 24 ay müddətinə 4000 (dörd min) ABŞ dolları kredit vermişdir. İşdə olan xx xxxx 2015-ci il tarixli, 240009253/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı ləğv prosesində İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq zamin durmuşlar. İşdə olan xx xxxx 2020-ci il tarixli **********415 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə yaranmış tələb 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 3093.83 (üç min doxsan üç dollar səksən üç sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 7793.22 (yeddi min yeddi yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxx 2015-ci il tarixli ********* №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASCdən illik 25 faizlə 24 ay müddətinə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2015-ci il tarixli ZM- 240009253 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 3093.83 (üç min doxsan üç dollar səksən üç sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 7793.22 (yeddi min yeddi yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında xx xxxx 2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 300 (üç yüz) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 4999.39 (dörd min doqquz yüz doxsan doqquz dollar otuz doqquz sent) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1947.49 (bir min doqquz yüz qırx yeddi dollar qırx doqquz sent) ABŞ dolları əsas, 2456.79 (iki min dörd yüz əlli altı dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, 300 (üç yüz) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 295.11 (iki yüz doxsan beş dollar on bir sent) ABŞ dolları borc olmaqla, cəmi 4999.39 (dörd min doqquz yüz doxsan doqquz dollar otuz doqquz sent) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-103/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-103/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver