Məhkəmə qərarları › İş №2(029)-104/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-104/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-104/2021 01.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı onunla əsaslandırmışdır ki, 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 30 faizlə 24 ay müddətinə 4565 ABŞ dolları məbləğində kredit götürmüşdür. 08.05.2015-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış, həmin saziə əsasən kreditin qalıq məbləği 3798.53 ABŞ dolları məbləğində müəyyən edilmiş, müddəti isə 27 ay uzadılmışdır. Kredit müqaviləsinin müddəti 08.07.2017-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.09.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 13 iyul 2020-ci il tarixədək Cavabdeh1 ləğv prosesində olan banka 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və Cavabdeh1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razıdır və həmin rəydə göstərilmiş məbləğin ondan tutulmasına etiraz etmir. İddianın həmin hissədə təmin edilməsini, bundan başqa onun qaynanası digər Cavabdeh2 məhkəmə iclasına gələ bilməməsinin nəzərə alınmasını, həmçinin şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin, cavabdehlər X2 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 30 faizlə 24 ay müddətinə 4565 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC Cavabdeh2 arasında bağlanmış 18.09.2014-cü il tarixli 240006012/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı olaraq İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 17.07.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 13 iyul 2020-ci il tarixə iddiaçıya 2807.56 ABŞ dolları əsas, 3275.57 ABŞ dolları faiz, 3872.79 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, cəmi 10385.31 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli 9/1698 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 sentyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi, eləcə də sazişin şərtlərinə əsasən Cavabdeh1 13.07.2020-ci il (iddia tələbinin tarixi) tarixə banka olan borcu 3251.75 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 2756.65 ABŞ dolları, faiz borcu üzrə 495.10 ABŞ dolları. İş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.09.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2021-ci il tarixli 9/1698 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (yüz) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyun 2021-ci il tarixli 9/1698 saylı ekspert rəyini müzakirə edərək həmin rəy qanunvericiliyin tələblərinə əməl olunmaqla tərtib edildiyindən, həmçinin istinad olunduğu mənbələrin mötəbərliyi şübhə doğurmadığı üçün həmin rəylə razılaşaraq onu işin hallarını-yəni cavabdehlərin iddiaçıya olan borclarının məbləğini və tərkibini (əsas, faiz və cərimə borcları) müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2756.65 ABŞ dolları məbləğində əsas borc, 495.10 ABŞ dolları məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, ümumilikdə 3681.14 (üç min altı yüz səksən bir dollar on dörd sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərin iddiaçıya hər hansı cərimə borclarının olması öz təsdiqini tapmadığından həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası Cavabdeh1 təşəbbüsü ilə təyin edilmişdir. Ona görə də həmin ekspertiza xərcləri Cavabdeh1 tutulmalıdır. Bu səbəbdən də, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2756.65 ABŞ dolları məbləğində əsas borc, 495.10 ABŞ dolları məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 429.39 ABŞ dolları borc olmaqla, ümumilikdə 3681.14 (üç min altı yüz səksən bir dollar on dörd sent) ABŞ dolları məbləğində kredit borcu qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar