Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-104/2022 09.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə əsas borca görə 29148.59 manat, faiz borcuna görə 7286.5 manat, cərimə borcuna görə 1422.06 manat olmaqla, cəmi 37857.15 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 37857.15 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldilməli və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı ASC məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə 17497.6 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 8679.46 manat məbləğində faiz borcu, cərimə borcuna görə 1908.96 manat olmaqla, cəmi 28086.02 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 70 (yetmiş) manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 28086.02 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (manat) məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldildikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, həmin ASC-nin “Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 45000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.,2.3. və 2.4. maddələri). 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 17497.6 manat əsas, faiz borcuna görə 8679.46 manat, cərimə borcuna görə 1908.96 manat olmaqla, cəmi 28086.02 manat təşkil edir. Bundan başqa İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış 19.03.2020-ci il tarixli QFS-8119 saylı mikro-kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh2 ilə İddiaçı ASCnin “Qusar” filialı arasında 30.06.2015-ci ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 19.03.2020-ci il tarixli QFS-8119 saylı mikrokredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzil İddiaçı ASC-nin qarşısında 19.03.2020-ci il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə 17497.6 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 8679.46 manat məbləğində faiz borcu, cərimə borcuna görə 1908.96 manat olmaqla, cəmi 28086.02 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 70 (yetmiş) manat pul tutulmalı; tələb Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 28086.02 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (manat) məbləğində pul İddiaçı ASC-nə ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldildikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzildən çıxarılmalı və mənzil boşaldılmalı; ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilin ilkin satış qiyməti müəyyənləşdirilməli; ipoteka predmeti açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmalıdır. İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir, bankdan pulu o, götürmüşdür, pandemiya ilə əlaqədar və həmçinin kənd təsərrüfatı məhsullarının satılması çətin olduğundan pulun ödənilməsində gecikmələr olmuşdur, gecikmiş borcu yaxın müddətlərdə ödəyəcəkdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun ailə üzvləridir, onların məhkəmə iclaslarından xəbərləri vardır, ailə vəziyyəti ilə əlaqədar onlar məhkəmə iclaslarına gələ bilmirlər. Bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, 09 mart 2022ci il tarixdə saat 10:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə kreditdən istifadəyə görə illik 20 (iyirmi) faiz dərəcəsi ilə ödənilməsi şərtilə 45000 (qırx beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan işdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.03.2020-ci il tarixli QFS-8119 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış və Qusar rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 19 mart 2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Qara Qarayev küçəsi ev 3, 35 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin rəyi əsasında qiymətləndirilir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 30.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə əsas borcun 29148.59 manat, faiz borcuna görə 7286.5 manat, cərimə borcuna görə 1422.06 manat olmaqla, cəmi 37857.15 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə əsas borcun 17497.6 manat, faiz borcuna görə 8679.46 manat, cərimə borcuna görə 1908.96 manat olmaqla, cəmi 28086.02 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan "xxxx" MMC-nin məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilin bazar dəyəri 75000 (yetmiş beş min) AZN, likvid dəyəri 65000 (altmış beş min) AZN təşkil edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 21.01.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzil Cavabdeh3 tam mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 06.04.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzil Cavabdeh3 tərəfindən onun 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 19.03.2020-ci il tarixindən 19.03.2022-ci il tarixinədək öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 29 mart 2020-ci il tarixli 1400-175 saylı məktubundan görünür ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2020-ci il tarixli İpoteka müqaviləsinə əsasən, reyestr nömrəsi **********81-05301-093035 olan, Cavabdeh3 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 101.9 kv.m, yaşayış sahəsi 66.9 kv.m, mərtəbəsi 5 olan 3 otaqlı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan daşınmaz əmlakın üzərində dövlət ipotekasının qeydiyyatının həyata keçirilməsini və qeydiyyatı təsdiqləyən elektron çıxarışın müvafiq portalda əks olunması üçün lazım olan tədbirlərin görülməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borclarına dair göstərilən məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə kredit müqaviləsi üzrə həmin məbləğin azaldılaraq 200 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh3 kredit borcunun qaytarılması barədə İddiaçı ASC qarşısında üzərinə öhdəlik götürməmiş, bu barədə aralarında zaminlik müqaviləsi bağlanmamışdır. Həmin şəxslə bank arasında yalnız ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan yuxarıda göstərilən məlum mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə borcun həm də, Cavabdeh3 tutulması barədə iddiaçının tələbini qanuni və əsaslı hesab etmir. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə iddia həmin hissədə rədd olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QFS-8119 saylı ipoteka müqaviləsi üzrə 17497.6 manat məbləğində əsas kredit borcu, 8679.46 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu, 200 manat cərimə borcu, cəmi 26377.06 manat məbləğində pul vəsaiti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 40 (qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 70 (yetmiş) manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ev 3, 35 saylı mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 26377.06 manat məbləğində borc və rüsumlar kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməli; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 mənzildən çıxarılmal və mənzil boşaldılmalıdır. İpoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilin likvid dəyəri 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QFS-8119 saylı ipoteka müqaviləsi üzrə 17497.6 (on yeddi min dörd yüz doxsan yeddi manat altmış qəpik) manat məbləğində əsas kredit borcu, 8679.46 (səkkiz min altı yüz yetmiş doqquz manat qırx altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu, 200 (iki yüz) manat cərimə borcu, cəmi 26377.06 (iyirmi altı min üç yüz yetmiş yeddi manat altı qəpik) manat məbləğində pul vəsaiti; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (otuz) manat rüsum, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi, ev 3, 35 saylı mənzilə yönəldilsin, həmin əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 26377.06 (iyirmi altı min üç yüz yetmiş yeddi manat altı qəpik) manat və rüsumlar kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsi ev 3, 35 saylı mənzil açıq hərracdan satıldıqdan sonra əldə edilmiş vəsait qeyd olunan 19.03.2020-ci il tarixli QFS-8119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İpoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsi ev 3, 35 saylı mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3 mənzildən çıxarılsın və mənzil boşaldılsın. İpoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Q.Qarayev küçəsi ev 3, 35 saylı mənzilin likvid dəyəri 65000 (altmış beş min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-104/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-104/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver