Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-105/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 1760.59 (bir min yeddi yüz altmış dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 3663.80 (üç min altı yüz altmış üç dollar səksən sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə teleqram göndərərək, işə onların iştirakları olmadan baxılıb müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 351872 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31 faizlə 24 ay müddətinə 2550 (iki min beş yüz əlli) ABŞ dolları məbləğində kredit götürmüşdür. xx xxx 2015-ci il tarixdə kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış, həmin sazişə əsasən kreditin qalıq məbləği 1985.26 (bir min doqquz yüz səksən beş dollar iyirmi altı sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, müddəti isə 26 ay uzadılmışdır. Kredit müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixdə bitmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 1760.59 (bir min yeddi yüz altmış dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 3663.80 (üç min altı yüz altmış üç dollar səksən sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, 351872 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı ləğv prosesində İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kreditor borcluya illik 31 faizlə 24 ay müddətinə 2550 (iki min beş yüz əlli) ABŞ dolları kredit vermişdir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli, 351872 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı ləğv prosesində İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq zamin durmuşlar. İşdə olan 351872 saylı xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə xx xxx 2015-ci il tarixli 1809 nömrəli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 1985.26 (bir min doqquz yüz səksən beş dollar iyirmi altı sent) ABŞ dolları təşkil etmiş və müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti 26 ay təyin edilmişdir. İşdə olan 351872 saylı xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə xx xxx 2015-ci il tarixli 1809 nömrəli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 1985.26 (bir min doqquz yüz səksən beş dollar iyirmi altı sent) ABŞ dolları təşkil etmiş və müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti 26 ay təyin edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli **********349 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 351872 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə yaranmış tələb 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 1760.59 (bir min yeddi yüz altmış dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 3663.80 (üç min altı yüz altmış üç dollar səksən sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli, 351872 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31 faizlə 24 ay müddətinə 2550 (iki min beş yüz əlli) ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxx 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1985.26 (bir min doqquz yüz səksən beş dollar iyirmi altı sent) ABŞ dolları təşkil etmiş və müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti isə 26 ay uzadılmışdır. xx xxxx 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 1760.59 (bir min yeddi yüz altmış dollar əlli doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 3663.80 (üç min altı yüz altmış üç dollar səksən sent) ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 351872 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 100 (bir yüz) dollar cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 2003.21 (iki min üç dollar iyirmi bir sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 967.18 (doqquz yüz altmış yeddi dollar on səkkiz sent) ABŞ dolları əsas, 792.51 (yeddi yüz doxsan iki dollar əlli bir sent) ABŞ dolları faiz, 100 (bir yüz) dollar cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 143.52 (bir yüz qırx üç dollar əlli iki sent) ABŞ dolları borc olmaqla, cəmi 2003.21 (iki min üç dollar iyirmi bir sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-105/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-105/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver