Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1057/2025 28.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X30 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci il tarixdə Qusar rayonunun Həzrə kəndində doğulmuş X14 və xx.xx.1994-cü il tarixdə Qusar rayonunun Həzrə kəndində doğulmuş X7 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 05 dekabr 2006-cü il tarixdə nikahı Qusar rayon İHB-nın Yasab kənd İƏDÜ Nümayəndəlikdə rəsmi qeyd etdirməklə rayonu Avaran kənd sakini olmuş X8 ilə evlənmişdir. Evləndikdən sonra X8 onun soyadını, yəni Bayazova soyadını qəbul etmişdir. Birgə nikahlarından uşaqları olmamışdır. Bayazova (Nurəliyeva) Səyyarə Səbəbulla qızı 10 iyul 2012-ci il tarixdə vəfat etmiş və bu barədə Qusar rayon İFlB-nın Yasab kənd İƏDÜ Nümayəndəlikdə adına 11 iyul 2012-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bayazova (Nurəliyeva) Səyyarə Səbəbulla qızı ondan əvvəl Qusar rayon Həzrə kənd sakini X9 ilə faktiki nikah münasibətində olmuş və X9 01 oktyabr 2003-cü il tarixdə ölmüşdür. Bayazova (Nurəliyeva) Səyyarə Səbəbulla qızı X9 ilə faktiki nikah münasibətində olduqları müddətdə onların ümumi birgə mülkiyyətinə Qusar rayonunun Həzrə kəndi ərazisindən cəmi 0,6218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpağa hüquqların dövlət reyestri haqqında daışnmaz əmlakın reyestrindən Çıxarış alınarkən mənə məlum olmuşdur ki, Bayazova (Nurəliyeva) Səyyarə Səbəbulla qızı X9 ilə faktiki nikah münasibətində olduqları müddətdə onların xx.xx.1991-ci il tarixdə Məmməd və xx.xx.1994-cü il tarixdə Mətanət adlı uşaqları doğulmuş və həmin uşaqlara da valideynləri ilə birlikdə torpaq islahatı dövründə rayonun Həzrə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətlərinə verilmiş və həmin uşaqların da adları hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa salınmaqla qeyd olunan 0,6218 ha torpaq sahəsinə valideynləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququna malikdirlər. Məmməd və Mətanət adlı uşaqların harada yaşamaları və onların taleyi ilə maraqlanarkən ona məlum olmuşdur ki, həmin uşaqların hər ikisi əlil doğulmuşlar və həmin uşaqlar xx.xx.2001-ci il tarixində əmiləri X19 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək X26 Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilmişlər. Sonradan Məmməd adlı uşağın xx.xx.2005-ci ildə, Mətanət adlı uşağın isə xx.xx.2002-ci il tarixdə valideynləri tərəfindən həmişəlik evə aparılmaları barədə 1 saylı 18 yaşınadək X26 Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sənədlərində qeydiyyat aparılmışdır. Lakin həmin uşaqların məhz hansı valideyn tərəfindən evə aparılmaları barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məmməd və Mətanət adlı uşaqların həqiqətən valideynlərinin yaşadıqları Qusar rayonunun Həzrə kəndində yaşamaları və ya vəfat etmələri barədə Qusar rayonunun Həzrə kənd bələdiyyəsinə və Qusar rayon İHB-nın Həzrə kənd İƏDÜ Nümayəndəliyinə vəkil sorğusu verilmiş və həmin sorğulara alınmış cavab məktubları ilə müəyyən edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü X20 və xx.xx.1994-cü il təvəllüdlü X16 rayonun Həzrə kəndində yaşamırlar və onların vəfat edərək Həzrə kənd qəbiristanlığında dəfn olunmaları barədə heç bir məlumat yoxdur. Qusar rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan da görünür ki, Qusar rayonunun Həzrə kəndində anadan olmuş xx.xx.1991-ci il təvəllüdlü X20 və xx.xx.1994-cü il təvəllüdlü X16 barələrində Qusar rayon Polis Şöbəsində axtarış işi qeydə alınmamışdır. Göründüyü kimi, onun arvadı mərhum X3 X9 ilə faktiki nikah münasibətində olduqları müddətdə doğulmuş xx.xx.1991-ci il təvəllüdlü X20 və xx.xx.1994-cü il təvəllüdlü X7 olduqları yer barəsində uzun müddətdir ki, heç bir məlumat, xəbər yoxdur. xx.xx.1991ci il təvəllüdlü X20 və xx.xx.1994-cü il təvəllüdlü X7 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş elan edilməsi hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixi olan Çıxarışa əsasən onların onun arvadı mərhum X8 ilə ümumi birgə mülkiyyətlərində olan və X2 miras qalmış 0,6218 ha torpaq sahəsinə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ərizəçi və onun nümayəndəsi Orucova (Bayazova) Zenfira Feyzulla qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Zenfira Oruzcova (Bayazova) məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizə üzrə tələbi müdafiə edir, ovə nümayəndəsi olduğu Ərizəçi şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmirlər, ona görə də, işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 261875 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X10 05 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Səyyarə Nurəliyeva “Bayazova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 516588 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 10 iyul 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Həzrə kəndində yerləşən 0.6218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə X5, X4, X11 və X12 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Həzrə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli 5-63-18/2-42/2025 saylı arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X20 və onun bacısı xx.xx.1994-cü il təvəllüdlü Canağayeva (Nurəliyeva) Mətanət Bəyağa qızı hal-hazırda həmin nümayəndəliyinin ərazisində yaşamır. Onların Həzrə kənd qəbirstanlığında dəfn olunması barədə heç bir məlumat yoxdur. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-93/2-13159/2025 saylı məktubundan görünür ki, Qusar rayonu Həzrə kəndində anadan olmuş X20 və X16 barələrində həmin polis şöbəsində axtarış işi qeydə alınmamışdır. İşdə olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-45-1/2-2469/2025 saylı məktubundan görünür ki, Nümayəndə müraciətinə cavab olaraq bildirilmişdir ki, onun qardaşı uşaqları barədə məlumat əldə edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-38-33/2-3941/25 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X14 və xx.xx.1994-cü il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olmuş 13 noyabr 2025-ci il tarixli 3-17-3/2- 32194/2025 saylı məktubdan görünür ki, 05 avqust 1991-ci il təvəllüdlü X20 və 6 dekabr 1994-cü il təvəllüdlü Canağayeva (Nurəliyeva) Mətanət Bəyağa qızı ilə bağlı araşdırma aparılmışdır. Aşkar edilmiş arxiv sənədlərinə istinadən M.B.Canağayevin və M.B.Nurəliyevanın (Canağayevanın) əmisi X6 26 iyul 2001-ci il tarixli ərizəsi əsasında 31 iyul 2001-ci il tarixində Nazirliyin tabeliyində olan Mərdəkan 3 saylı internat evinə (hazırda - Agentliyin tabeliyində olan 1 saylı 18 yaşınadək X26 şəxslər üşün sosial xidmət müəssisəsi, bundan sonra - Müəssisə) qəbul edilməsi, 15 aprel 2005-ci il tarixində M.B.Canağayevin kəskin qastrit ağır forma, kəskin respirator virus infeksiyası, oliqofreniya diaqnozları ilə Bakı şəhəri Baş səhiyyə idarəsi 5 saylı X29 xəstəxanasına yerləşdirilməsi, 18 aprel 2005-ci il tarixində sağalma müşahidə edildikdən sonra Müəssisəyə qaytarılması, elə həmin gün ailəsi tərəfindən evə aparıldığı müəyyən olunmuşdur. X20 və Canağayeva (Nurəliyeva) Mətanət Bəyağa qızı ilə bağlı başqa məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin vərəsəsi olduğu, 10 iyul 2012-ci il tarixdə vəfat etmiş X1 əri ilə birgə övladları olan X20 və X16 əmiləri X6 müraciəti əsasında 31 iyul 2001-ci il tarixində Nazirliyin tabeliyində olan Mərdəkan 3 saylı internat evinə (hazırda - Agentliyin tabeliyində olan 1 saylı 18 yaşınadək X26 şəxslər üşün sosial xidmət müəssisəsi, bundan sonra - Müəssisə) qəbul edilmişdir. Lakin, onların sonrakı taleyi ilə bağlı başqa hər hansı məlumat aşkar edilməmişdir. Bununla da, həmin şəxslərin iki ildən artıq müddətdir ki, yaşadıqları ünvanda olmamaları, harada olmaları barədə məlumatların mövcud olmaması yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunur. Odur ki, həmin şəxslərin əmlaklarının idarə edilməsi məqsədi ilə onların xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1991-ci il təvəllüdlü Canağayev Məmməd oğlu və xx.xx.1994-cü il təvəllüdlü X16 xəbərsiz itkin düşmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Qusar rayonunun Həzrə kəndində doğulmuş X20 və xx.xx.1994-cü il tarixdə Qusar rayonunun Həzrə kəndində doğulmuş X16 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-1057/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1057/2025
28.11.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver