Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-106/2021 28.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələblərinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16008- 1204/484390 saylı xx xxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1, Məmmədrazyev Rövşən Tofiq oğlundan və Cavabdeh3 müştərək qaydada 12712.12 ABŞ dolları əsas kredit borcu, 1460.49 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 14172.61 ABŞ dolları borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclası İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə keçirilmiş, işin məhkəmə baxışı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin məhkəmə iclasına iddiaçının nümayəndəsi və cavabdehlər gəlmədiyinə görə məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. İddiaçı ASC məhkəməyə xx xxxxxx 2021-ci il tarixli ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun bank daxili qaydalara uyğun ödədiyi üçün, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələblərinə dair 2(029)-932/2020 saylı mülki işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi tələblərinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-106/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-106/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver