Məhkəmə qərarları › İş №2(029)-1072/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1072/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1072/2021 22.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat, cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 19 faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Həmin kredit müqaviləsinə görə cavabdeh müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 17-dən gec olmayaraq hər ay 219.94 (iki yüz on doqquz manat doxsan dörd qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat, cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat, cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat pul tutulmalıdır. İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh əri X1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, arvadı Cavabdeh məhkəmə iclaslarından xəbəri var, lakin o, hazırda xəstədir, təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir. Cavabdeh həqiqətən də, İddiaçı ASC-dən 6000 (altı min) manat miqdarında pul götürmüşdür. Hazırda banka olan borcu ödəyə bilmirlər, həmin məbləğin hissə-hissə ödənilməsini istəyirlər. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 19 faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsi üzrə 21 sentyabr 2021-ci il tarixinə banka əsas borca görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat, cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh əsas borca görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat olmaqla cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 yanvar 2020-ci il tarixli QSNPU-3057 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3745.56 (üç min yeddi yüz qırx beş manat əlli altı qəpik) manat, faiz borcuna görə 244.88 (iki yüz qırx dörd manat səksən səkkiz qəpik) manat, dəbbə borcuna görə 13.2 (on üç manat iyirmi qəpik) manat olmaqla cəmi 4003.64 (dörd min üç manat altmış dörd qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar