Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-11/2025 14.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması tələbinə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Qusar rayonu X3 kəndində yerləşən ona və ailə üzvlərinə məxsus olan, xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla reyestr nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 1.0879 ha torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə son qoyulması, bu cür hərəkətlərin edilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, hazırda o, işə baxılmasına istəmir. Odur ki, işə əlavə edilmiş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı hazırkı halda ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını xahiş etdiyindənməhhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılmalı, İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə və müdaxiləyə son qoyulması tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-11/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-11/2025
14.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver