Məhkəmə qərarları › İş №2(029)-1114/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1114/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1114/2020 28.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, X1 Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: X1 Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 113.08 (bir yüz on üç manat səkkiz qəpik) manat borcun X1 Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh faizsiz 13 ay müddətinə 285 (iki yüz səksən beş) manat məbləğində kredit verilmiş və bununla bağlı X1 Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixli, 178- EMB-0321-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə Borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə Borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh X1 Kredit Təşkilatı "xxxx" QSC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, ümumi borcu 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar edilməsi üçün mümkün olan bütün tədbilərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxx 2020-ci il tarixli, 8165/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində X2 Təşkilatı "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İşdə olan xx xxx 2019-cu il tarixli, 178-EMB-0321-19 saylı Müqavilədən görünür ki, X2 Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh faizsiz 13 ay müddətinə 285 (iki yüz səksən beş) manat məbləğində kredit verilmişdir. İşdə olan X2 Təşkilatı "xxxx" QSC tərəfindən verilmiş N MA-0018463-20 saylı, xx xxxxxx 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, X2 Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 178-EMB-0321-19 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh xx xxxxxx 2020-ci il tarixə olan borcu əsas borcu 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, ümumi bircu 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, X2 Təşkilatı "xxxx" QSC Qusar rayon məhkəməsində iddia qaldırması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (sıfır manat qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, X1 Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 178-EMB-0321-19 saylı Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh faizsiz 13 ay müddətinə 285 (iki yüz səksən beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə iddiaçıya əsas borc 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 113.08 (bir yüz on üç manat səkkiz qəpik) manat borc borcu yaranmışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (sıfır manat qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icr a edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 0.40 (sıfır manat qırx qəpik) manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu üzrə 0.00 (sıfır manat sıfır qəpik) manat, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 113.08 (bir yüz on üç manat səkkiz qəpik) manat borc X1 Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 92.68 (doxsan iki manat altmış səkkiz qəpik) manat, faiz borcu üzrə 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu üzrə 0.00 (sıfır manat sıfır qəpik) manat, ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 113.08 (bir yüz on üç manat səkkiz qəpik) manat borc X1 Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar