Məhkəmə qərarları › İş №2(029)-113/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-113/2023

13.02.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-113/2023 13.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, o, ailəsi ilə birlikdə Qusar rayonu Quxuroba kəndində yaşayır. X2 təxminən 20 il bundan əvvəl radikal dini qruplaşmaya qoşulmuş, əvvəlcə Rusiya Federasiyasının Çeçenistan Respublikasına getmiş, bir müddət orada qaldıqdan sonra Suriyada olan məlum hadisələrlə bağlı oraya getmişdir. Həmin vaxtdan etibarən onun harada olması barədə məlumatı yoxdur, oğlu Əlikərim həmin vaxtdan sonra bir daha daimi yaşadığı Qusar rayonu Quxuroba kəndinə qayıtmamış, harada olduğu barədə məlumat verməmiş, oğlu Əlikərimin əlaqə nömrələrini, ünvanını bilmir. Qusar rayonu Quxuroba kəndində X14 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsinin idarə edilməsi üçün X14 xəbərsiz itkin düşmüş edilməsi zərurəti yaranmışdır. X14 20 ildir ki, Azərbaycandan getməsini və bir daha yaşadığı yerə geri qayıtmamasını bütün kənd sakinləri də bilir və yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən bu barədə xx.xx.2021-ci il tarixli 580 saylı arayış verilmişdir. Odur ki, həmin şəxs xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 13 fevral 2023-cü il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Ərizəçi məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizədə itkin düşmüş oğlu Əlikərim Sadullayevin soyadı səhvən “Hacıkərimov” göstərilmişdir. Odur ki, qətnamə qəbul olunarkən oğlunun soyadının Sadullayev olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 26 oktyabr 2022-ci il tarixli 537 saylı arayışdan görünür ki, X6 həqiqətən də, Ərizəçi öz oğludur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1975-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuş, atası X8, anası Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 663 saylı 26 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, onlara verilən məlumata görə X6 20 ildən artıqdır ki, Respublikanı tərk etmişdir, geri qayıtmamışdır. İşdə olan Qusar RİHB-nın Quxuroba kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Qusar rayon Quxuroba kəndində doğulmuş X6 20 ildən artıqdır ki, Qusar rayonu Quxuroba kəndini tərk etmiş, harada olduğu məlum deyil, bu günə kimi geri qayıtmamışdır. Onun vəfat edib-etməməsi barədə onlarda heç bir məlumat yoxdur. İşdə olan 33/5086 saylı 26 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, X3 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 17/620354 saylı 07 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X5 adlı şəxs haqqında məlumat qeyddən keçmir. İşdə olan 149-25120-1222 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, Qusar rayon sakini X1 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan KOD 30127018 JN-053F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Quxur oba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 14/2 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçinin oğlu Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlu 20 il əvvəl Rusiya Federasiyasının Çeçenistan Respublikasına getmiş, bir müddət orada qaldıqdan sonra Suriyaya getmişdir. Həmin vaxtdan etibarən oğlu Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlu daimi yaşadığı Qusar rayonu Quxur oba kəndinə qayıtmamış, hazırda onun harada olması, Suriyada olan məlum hərbi əməliyyatlar zamanı həlak olub-olmaması barədə məlumat yoxdur. Ərizəçi oğlu Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlunun əmlaklarının idarə edilməsi üçün həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu, xx.xx.1975-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuş və yaşamış Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlu xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu, xx.xx.1975-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuş və yaşamış Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlu xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. drlik edənvar. Əsli ilə düzdür. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar