Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-120/2022 12.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 yaşadıqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 pasport qeydiyyatında olduqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1988-ci ildə anadan olmuş İddiaçı (ŞV AZE № ********, 26.07.2016 Qusar RPŞ) 20 avqust 2008-ci il tarixdə Qusar rayonu Gican kənd sakini X19 (20.10.1979) ilə rəsmi nikaha girərək evlənmiş (nikah haqqında şəhadətnamə AZ-1 №400732, ünvan 1 ünvanda yerləşən, qayınatası X4 məxsus evdə pasport qeydiyyatına alınmaqla yaşamışlar. X19 ilə birgə yaşadıqları dövrdə iddiaçının, 25.09.2009-cu il tarixdə Nusi adında (12 yaş) qızları (ŞV AZE № 11797702, 10.12.2016 Qusar RPŞ), ərinin ölümündən sonra da 21.10.2011-ci il tarixdə Kamil adlı (10 yaş) oğlu (ŞV AZE № 11797701, 10.12.2016 Qusar RPŞ) doğulmaqla yaşadıqları ünvanda pasport qeydiyyatına alınmışlar. İddiaçının əri X19 11.09.2011-ci il tarixdə, qayınanası X16 20.02.2011-ci il tarixdə, qayınatası X6 da 06.12.2020-ci il tarixdə vəfat etmişlər. X6 ilə X7, iddiaçının əri Kamildən başqa 1973-cü il təvəllüdlü Əlixanova (Talıbova) Mətanət Şöhrət qızı, 1975-ci il təvəllüdlü Ağabalayeva (Talıbova) Afət Şöhrət qızı, 1977-ci il təvəllüdlü X20, 1982-ci il təvəllüdlü Mütəllimova (Talıbova) Aygün Şöhrət qızı adlı uşaqları da olmaqla, onların hamısı hazırda Rusiya Federasiyasında yaşayırlar. Müəyyən edilmişdir ki, iddiaçının ailəsi ilə pasport qeydiyyatında olub birlikdə yaşadıqları Qusar şəhəri Məlikov küçəsi-3 ünvanda yerləşən evin rəsmi qaydada dövlət qeydiyyatına alınması, eləcə də mərhum X2 ölümündən sonra rəsmi dövlət qeydiyyatına alınmış hər hansı əmlakı barədə məlumat yoxdur və bununla bağlı vərəsəlik işi də açılmamışdır. Lakin, Azərbaycan Respublikası Dövlət Arxivi Quba filialının 29 sentyabr 2021-ci il tarixli 1014 №-li Arxiv Çıxarışı ilə təsdiq edilir ki, Qusar şəhər X26 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 №-li Qərarı (iclas protokolu №-18) ilə X4 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.m yaşayış sahəsi və 35 kv.m qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü Qusar şəhərində çayın sağ sahilində 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun (16 iyul 1996-cı il) 9-cu maddəsinə görə də vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin torpaq sahəsində də həqiqətən fərdi yaşayış evi tikilməklə mərhum X6, iddiaçı, onun əri X19 və azyaşlı uşaqları qeyd edilən ünvanda pasport qeydiyyatında olmaqla yaşamış, iddiaçı və uşaqları hazırda da həmin ünvanda pasport qeydiyyatındadırlar, həmçinin iddiaçıya məxsus cehiz və digər əmlakları da həmin evdədir. Lakin, X2 vəfatından sonra onun bacısı, hazırkı iş üzrə Cavabdeh tərəfindən iddiaçının yaşadığı həmin evə daxil olmasına, pasport qeydiyyatında olmaqla yaşayış hüququ olan həmin evdə yaşamasına imkan verilmir və ona görə də iddiaçı uşaqları ilə birlikdə müvəqqəti olaraq Qusar rayonu Aşağı Ləgər kəndində valideynlərinin yanında yaşamağa məcbur olmuşlar. Bununla əlaqədar iddiaçının uşaqları – 12 yaşlı Talıbova Nusi və 10 yaşlı Talıbov Kamil də Qusar şəhərində təhsil aldıqları məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh tərəfindən qardaşı X2 vəfatından sonra, iddiaçı İddiaçı ilə azyaşlı uşaqları – 25.09.2009-cu il təvəllüdlü X23 və 21.10.2011-ci il təvəllüdlü X14 pasport qeydiyyatında olmaqla yaşayış hüquqları olan Qusar şəhəri Məlikov küçəsi ev-3 ünvanda yerləşən evdə yaşamalarına imkan verilməyərək iddiaçıların mənzil hüquqları pozulmaqla, yaşadıqları mənzildən qanunsuz məhrum edilmiş və bu vəziyyət bu günə kimi davam edir. Bütün göstərilənlərə görə də İddiaçı ilə azyaşlı uşaqları – 25.09.2009- cu il təvəllüdlü X23 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri Məlikov küçəsi ev-3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqları bərpa edilərək, onların yaşadıqları həmin sahədən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, eləcə də İddiaçı ilə azyaşlı uşaqları – 25.09.2009- cu il təvəllüdlü X23 və 21.10.2011-ci il təvəllüdlü X24 pasport qeydiyyatında olduqları Qusar şəhəri Məlikov küçəsi ev-3 ünvanda yerləşən yaşayış evinə köçürülməlidirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiq edir, həmçinin bildirir ki, o, 2008-ci ildə X19 ilə ailə həyatı qurmuş və sonuncunun atası Şöhrət Talıbova məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə sonuncunun razılığına əsasən gəlin köçmüşdür. Özünə məxsus cehiz əmlaklarını da həmin evə aparmış və həmin əmlaklar hazırda da həmin evdədir. Kamil Talıbovla birgə nikahlarından Nusi adlı bir uşaqları olmuş, həyat yoldaşı Kamil 2011-ci ildə vəfat etmiş, onun qırx mərasimi olduqdan sonra ikinci uşaqları dünyaya gəlmiş və həmin uşağa həyat yoldaşı Kamilin adını qoymuşdur. X22 2020-ci ildə vəfat etmişdir. Qaynatası vəfat edənədək həmin evdə heç bir problem olmadan yaşamışlar. Cavabdeh onun qaynatasının bacısıdır. Qaynatası Şöhrət vəfat etdikdən sonra cavabdeh daimi yaşadıqları mübahisəli evin qardaşına məxsus olduğunu bildirərək onu və uşaqlarını evə buraxmamışdır. Yasəmən mübahisəli evdə yaşamamış, özünün başqa daimi yaşayış yeri vardır. Nəticədə o, Qusar rayonu Aşağı Ləyər kəndində valideynlərinin evində yaşamağa məcbur olmuşdur. Cavabdehin özünün başqa yerdə evi var, onun evi mübahisəli evdən iki məhəllə aralıda yerləşir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X8 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. İddiaçı 2008-ci ildə X19 ilə ailə həyatı quraraq həmin şəxsin atasına məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçərkən özünün cehiz əmlaklarını da həmin evə aparmış və həmin əmlaklar hazırda da həmin evdədir. İddiaçının Kamil Talıbovla birgə nikahından Nusi və Kamil adlı iki uşaqları anadan olmuşdur. Hazırda həm iddiaçı, həm də uşaqları mübahisəli evdə qeydiyyatdadırlar. Cavabdeh iddiaçının X22un bacısıdır. Şöhrət Talıbov 2020-ci ildə vəfat etmişdir. İddiaçının əri Kamil Talıbov isə 2011-ci ildə vəfat etmişdir. Kamil Talıbov vəfat etdikdən sonra iddiaçı özünün uşaqları ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. İddiaçının X22 vəfat etdikdən sonra isə cavabdeh həmin evin qardaşına məxsus olduğunu bildirərək iddiaçını və uşaqlarını həmin evdən qovmuş, indiyədək həmin evə buraxmır. İddiaçı uşaqları ilə birlikdə məcbur olub Qusar rayonu Aşağı Ləyər kəndində valideynlərinə məxsus evdə yaşayır. Bununla da, cavabdeh iddiaçının və uşaqlarının mənzil hüquqlarını pozmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Məlikəhməd qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 400732 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X9 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Zarina Məmmədova “Talıbova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, X23 25.08.2009-cu ildə, X24 21.10.2011-ci ildə anadan olmuşlar. X3, anaları İddiaçıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli arayışdan görünür ki, X19 20.10.1979-cu ildə anadan olmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli ölüm haqqında arayışlardan görünür ki, X19 11.09.2011-ci il tarixdə, X6 06.12.2020-ci il tarixdə ölmüşlər. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, X10 02.04.1973-cü ildə, X21 29.09.1975-ci ildə, X20 10.03.1977-ci ildə, X17 29.03.1982-ci ildə anadan olmuşlar. Həmin şəxslərin ataları X6, anaları X11r. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 1014 saylı arxiv çıxarışından görünür ki, Qusar şəhər X15 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 saylı qərarı ilə Qusar şəhəri Sabir küçəsi 3 saylı evdə yaşayan X4 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.metr yaşayış sahəsi və 35 kv.metr qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır (çayın sağ sahilində). İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli X- 659 saylı məktubdan görünür ki, İddiaçı həmin notariat ofisinə 06 dekabr 2020-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmış və ona bildirilmişdir ki, X2 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən də pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli **********49 saylı məktubdan görünür ki, həmin idarənin arxiv sənədlərinə əsasən Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. İşdə olan İddiaçı məxsus Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1988-ci ildə ünvan 5 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AZE 11797702 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nusi Talıbova 25.09.2009-cu ildə ünvan 6 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AZE 11797701 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kamil Talıbov 21.10.2011-ci ildə ünvan 6 ünvanda qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 20 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X19 ilə ailə həyatı qurmuş və həmin vaxtdan əri Kamil Talıbovun atası X4 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə ev sahibinin iradəsi və razılığı ilə gəlin köçərək orada yaşamağa başlamış, həmçinin həmin ünvana pasport qeydiyyatına alınmışdır. Bununla da, həmin vaxtdan iddiaçının həmin evə istifadə hüququ yaranmışdır. İddiaçı əri Kamil Talıbovla həmin ünvanda yaşadıqları müddətdə birgə nikahlarından 25.09.2009-cu il təvəllüdlü Nusi, əri öləndən bir müddət sonra isə 21.10.2011-ci il təvəllüdlü Kamil adlı uşaqları anadan olmuş, həmin uşaqlar da, həmin ünvana qeydiyyata alınmışlar. İddiaçının əri 11.09.2011-ci il tarixdə ölmüşdür. Bundan sonra da, iddiaçı öz uşaqları ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmiş, onun orada yaşamasına X22 tərəfindən hər hansı etiraz olmamışdır. Şöhrət Talıbov 06.12.2020ci il tarixdə ölmüşdür. Bundan sonra Şöhrət Talıbovun bacısı, iş üzrə Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına mane olmağa başlamış və onu uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Hal-hazırda da, cavabdeh iddiaçını həmin evə buraxmır, orada yaşamasına mane olur. Cavabdehin həmin evə dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olması məhkəmə tərəfindən müəyyən olunmamış, cavabdeh tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1, 158.1.2-ci maddlərinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi qüvvədə olan vaxt-yəni 20 avqust 2008-ci il tarixdən ünvan 4 ünvanda yerləşən evə ev sahibi Şöhrət Talıbovun iradəsi və razılığı ilə gəlib köçməklə onun həmin evə dair istifadə hüququ əmələ gəlmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq belə qənaətə gəlir ki, İddiaçı istifadə hüququ istənilən şəxsdən, o cümlədən cavabdehdən müdafiə olunmalı, cavabdeh tərəfindən həmin hüquqa edilən müdaxiləyə son qoyulmalı, iddiaçının uşaqları ilə birlikdə həmin evə istifadə hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqları bərpa edilməli, həmin şəxslərin həmin evə istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı, onlar pasport qeydiyyatında olduqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqları bərpa edilsin. İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 yaşadıqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun. İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X23 və 21.10.2011-ci il təvəllüdlü X24 pasport qeydiyyatında olduqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-120/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-120/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver