Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-122/2023 09.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 1995-ci il tarixdə Qusar rayonunun Qayakənd kəndində anadan olmuş X4 10 sentyabr 2014-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun bacısı X5 23 aprel 1995-ci il tarixdə Qusar rayonunun Qayakənd kəndində anadan olmuşdur. O, 2014-cü ilin sentyabr ayına kimi həmin kənddə yaşamışdır. X5 2014-cü ilin sentyabr ayında evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Onun axtarışı ilə əlaqədar etdiyi tədbirlər heç bir nəticə verməmişdir. Sonradan ona məlum olmuşdur ki, X1 Respublikasına getmişdir. Lakin həmin vaxtdan 8 il keçməsinə baxmayaraq X3 heç bir xəbər, məlumat yoxdur. Ərizəyə əlavə edilmiş Qusar Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, bacısı X2 sərhədkeçmə məlumatlarına əsasən 10 sentyabr 2014-cü il tarixdə saat 17:19 radələrində X7 Aeroportundan ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasınının İstanbul şəhəri istiqamətinə getməsi barədə məlumat vardır. Göründüyü kimi, bacısı X3 respublika hüdudlarını keçdikdən sonra, yəni xx.xx.2014-cü il tarixdən sonra heç bir xəbər, məlumat yoxdur. Bu xüsusat ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktla da təsdiq edilir. X4 məhkəmə qaydasinda xəbərsiz itkin düşmüş elan edilməsi yaşayiş evinə mülkiyyət hüququnun müəyyən edilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatlərı təsdiq edərək izahatında bildirmişdir ki, Elvira onun doğma bacısıdır, Türkiyəyə oradan da Suriyaya gedib. 2013-2014-cü illərdən bacısından heç bir xəbər yoxdur. Onun bacısı ilə heç bir əlaqəsi olmayıb. Onun bacısı toy eləmədən 2012-ci ildə ərə getmişdir, uşaqları olmamış, sonra da bacısı öz əri ilə Suriyaya getmişdir. Suriyaya getməsi və onunla əlaqəsinin olmaması barədə sübut təqdim edə bilmir. Bacısının əri Qusarlı olmuş, onun adını xatırlamır. O, bacısının ora getməyə razı olub olmadığını bilmir. Bacısı ilə telefon əlaqəsi yoxdur. O, bacısının ərinin terrorçularla döyüşdüyünü, terrorçulara qarşı döyüşdüyünü bilmir. O, bacısının Suriyada olduğunu 2016-cı ildə bilmişdir. Onun bacısının əri də 2014-cü ildən geri qayıtmamışdır. Bacısının ərinin qardaşından eşitmişdir ki, qardaşı Suriyada həlak olub. O, bacısının ərinin qardaşı ilə 2013-cü ildə Rusiyada işləmişdir, Rusiyadan 2019-cu ildə qayıtmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını, qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cu maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçinin bacısı X5 xx.xx.2014-cü il tarixdə saat 17:19 radələrində X7 Aeroportundan ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində ölkəni tərk etmişdir. Lakin, həmin şəxsin Türkiyə Respublikasında axtarılması, lakin axtarışın heç bir nəticə verməməsi, yaxud onun hər hansı hərbi əməliyyatlar və ya bədbəxt hadisələr zamanı itkin düşməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin ərizəçinin bacısı X4 şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməmiş, bununla hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə ərizəçinin bacısı Elvira Məmmədovanın yalnız Türkiyə Respublikasına getməsi əsası ilə itkin düşmüş hesab edilməsini məqbul hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi rədd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-122/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-122/2023
09.02.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver