Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-128/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X4rşı mənzilə, həyətyanı torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınması və həmin daşınmaz əmlakdan ½ hissədə naturada payın müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına olan ünvan 1 ünvanda yerləşən 0.4 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş evə mülkiyyət hüququnun tanınması və həmin daşınmaz əmlakdan ½ hissədə naturada iddiaçının payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, işin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, hazırlıq iclası İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə keçirilmiş və işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş ,həmin tarixdə tərəflər məhkəmə iclasına gəlməmişlər və işin məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilməklə təxirə salınmış, COVİD-19 infeksion xəstəliyi ilə əlaqədar işin məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdeh X1 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X4rşı mənzilə, həyətyanı torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınması və həmin daşınmaz əmlakdan ½ hissədə naturada payın müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X4rşı mənzilə, həyətyanı torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınması və həmin daşınmaz əmlakdan ½ hissədə naturada payın müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-128/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-128/2021
11.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver