Məhkəmə qərarları › İş №2(029)-134/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-134/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-134/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğində təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-983/2020 saylı qərardadına əsasən mülki iş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlanılmışdır. Qusar rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmiş, işin məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı və cavabdehin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair mülki iş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar