Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-153/2023 30.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X3 katibliyi ilə, İddiaçı Cavabdeh Mövlüddün qızınaqarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mövlüddün qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (ona məxsus 300 ədəd saman bağlamasının, 1,5 kubmetr işlənmiş taxtanın və 15 ədəd fındıq ağacının ehtiyatsızlıqdan yanması) nəticəsində ona dəymiş 1000 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1030 manat məbləğində pulun alınıb onaverilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonu, Qalacıq kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində çəpər qonşusu Cavabdeh Qusar rayonu, Qalacıq kəndində yerləşən, yaşadığı evin həyətində paltar yumaq üçün qazanda suyu qızdırmaq məqsədilə od qalamış və su dolu qazanı odun üzərinə qoyaraq evə getmişdir. Bundan sonra alov quru otlar vasitəsilə ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçmişdir. Bu zaman yanğın yayılaraq ona məxsus saman bağlamalarına, taxtalara və fındıq ağaclarına keçmişdir. Nəticədə ona məxsus 300 ədəd saman bağlaması, 1,5 kubmetr işlənmiş taxta yanaraq yararsız vəziyyətə düşmüş və 15 ədəd fındıq ağacı yanmışdır. Həmin radələrdə verilmiş məlumat əsasında Qusar rayon X2 yanğın söndürən briqadası hadisə yerinə gəlmiş, yanğını söndürmüşdür. Bundan sonra FHN-nin DYNX-nin Şimal Regional DYNİ-nin əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq akt və protokol tərtib edilmiş, izahatlar alınmışdır. Həmin vaxt qonşusu Cavabdeh izahatında yanğının onun ehtiyatsızlığından baş verdiyini etiraf etmişdir. Baş vermiş hadisə ilə əlaqədar FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmış və toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Qusar RPŞ-yə göndərilmişdir. Bundan sonra Qusar rayon X5 Bölməsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hal-hazırda ona Cavabdeh məsuliyyətsizliyi və diqqəsizliyi nəticəsində 1000 manat maddi ziyan dəymişdir. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da, öz təsdiqini tapır. Odur ki, o, cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh təhqiqat araşdırması zamanı verdiyi izahatında ona məxsus olan əmlakın onun ehtiyatsızlığı ucbatından yandığını etiraf etmişdir. Həmçinin, o, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, ödəmiş olduğu dövlət rüsumunun əvəzi də, cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdeh onun qonşusudur. Cavabdeh çəpərin dibində ocaq qalayıb ocağın üzərində su qaynadaraq paltar yumuş, hava küləkliolduğundan ocaqdakı od çınqılları saman tayalarının üstünə çatıb ot tutmuşdur. Ona yanğın olduğunu qonşular demiş, hadisə yerinə gedəndə yanğın söndürənlər də orada olmuşdur.Dəymiş maddi ziyanın ödənilməsini istəyir. Ona məxsus 15 fındıq və gilas ağacları, 300 saman tayası və taxtalar yanmışdır. Ona 1000 manat ziyan dəyib. Maddi ziyan vurulmasını Azərbaycan Respublikası FHN-nin X6 Xidməti Şimal regional X8 İdarəsi tərəfindən tərtib olunmuş aktla sübut edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahişetmişdir. Məhkəmə iclasında Cavabdeh Mövlüddün qızı iddianı qəbul etmiş, məhkəməyə ərizə təqdim edərək izahatında bildirmişdir ki, o, od ilə düzgün davranmadığına görə İddiaçı 1000 manat maddi ziyan dəyməsini qəbul edir, lakin onun qaytarmağa 1000 manat pulu yoxdur. İşləmir, iki körpə uşaq saxlayır. Onun yaşadığı mənzildə qaz, işıq yoxdur.Şərait olmadığına görə ocaq qalayıb ocağın üzərində su qaynadıb paltar yumuşdur. Uşaq ağladığına görə o, evə getmiş, hava küləkliolduğundan od çındılları yerdə olan otu yandırmış, sonra ot tayaları olan tərəfə gedib çatmışdır. Həmin vaxt yanğının qarşısını almağa çalışsa dabunubacarmamışdır. Hadisə nəticəsindəot tayaları yanmış, orada neçə taya olduğunu dəqiq bilmir, təxminən 300 taya olardı. Taxtalar yanıbyararsız vəziyyətə düşmüşdür. Polis Şöbəsində izahat vermiş, izahatı tanış olmadan, oxumadan qol çəkmiş, həmin vaxt ona heç bir təzyiq olunmamışdır. Ziyanın əvəzi olaraq qaynatasıiddiaçıya 500 manat pul vermiş, iddiaçı həmin pulu götürməmişdir. İddiaçıya 1000 manat məbləğində maddi ziyan vurmasını qəbul edir.Hazırda onun iddiaçıya 1000 manat pul verməsi üçün imkanı yoxdur. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin TB-ninxx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Cavabdeh Qusar rayonu, Qalacıq kəndində yerləşən, yaşadığı evin həyətində patlar yumaq üçün qazanda suyu qızdırmaq məqsədilə od qalamış və su dolu qazanı odun üzərinə qoyaraq evə getmişdir. Həmin radələrdə Cavabdeh məişət işləri ilə məşğul olduğundan, uşağına qulluq etdiyindən bir müddət həyətə çıxmamış və evdə olduğu zaman həyətdə tüstü yayıldığını gömmüşdür. Bundan sonra o, həyətə çıxmış və yandırdığı odun quru otlar vasitəsilə çəpər qonşusu ŞixcamalovaElvanə Vaqif qızına məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçdiyini görümüşdür. Bu zaman Cavabdeh odu söndürmək istəsə də, buna nail olmamış, yanğın yayılaraq İddiaçı qızma məxsus saman bağlamalarına, taxtalara və fındıq ağaclarına keçmişdir. Nəticədə İddiaçı qızma məxsus 300 ədəd saman bağlaması, 1,5 kubmetr işlənmiş taxta yanaraq yararsız vəziyyətə düşmüş və 15 ədəd fındıq ağacları yanğının təsirinə məruz qalmışdır. Həmin radələrdə verilmiş məlumat əsasında Qusar rayon X2 yanğın söndürən briqadası hadisə yerinə gəlmiş, yanğını söndürmüşdür. Bundan sonra FHN-nin DYNX-nin Şimal Regional DYNİ-nin əməkdaşı tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq akt və protokol tərtib edilmiş, İddiaçı, Cavabdeh və hadisə şahidi X1 izahatları alınmışdır. Baş vermiş hadisə ilə əlaqədar FHN-nin Əməliyyat-İstintaq İdarəsində araşrıdma aparılmış və toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Qusar RPŞ-yə göndərilmişdir. Vət. İddiaçı izahatında yuxarıda göstərilənləri təsdiq edərək Cavabdeh ehtiyatsızlığından baş vermiş yanğın hadisəsi nəticəsində ona cəmi 1000 (min) manat maddi ziyan dəydiyini bildirmişdir. Vət. Cavabdeh izahatında yuxarıda göstərilənləri təsdiq edərək həyətyanı sahəsində paltar yumaq üçün ocaq qaladığını, odun quru otlar vasitəsilə qonşusu Elvanə Şixcamalovun həyətinə keçdiyini, nəticədə İddiaçı məxsus 300 ədəd saman bağlamasının, 1,5 kubmetr işlənmiş taxtanın yanaraq yararsız vəziyyətə düşdüyünü və 15 ədəd fındıq ağacının yanğının təsirinə məruz qaldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X6 Xidməti Şimal Regional X6 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli 37/Ş-01460 saylı yanğın haqqında aktın surətindən görünür ki, ev sahibi İddiaçı ərizəsinə əsasən hadisə yerinə baxış keçirilərkən belə qənaətə gəlinmişdir ki, yanğın nəticəsində İddiaçı məxsus 300 ədəd saman bağlaması, saman bağlamasının yanında yığılmış 1.5 kub metr taxtanı və həyətyanı sahədə əkilmiş 7 ilin fındıq ağacları qismən yanmışdır. Ev sahibi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona təxminən 1000 (min) manat məbləğində ziyan dəymişdir. Yanğın qonşusu Qusar rayonu Qalacıq kənd sakini Cavabdeh Mövlüddün qızının odla ehtiyatsızlığından baş vermişdir. Belə ki, 16 avqust 2022-ci il tarixli Cavabdeh Mövlüddün qızının izahatından və hadisə yerinə baxışdan belə qənaətə gəlinmişdir ki, qonşu sahəyə yanğın ehtiyatsızlıqdan keçərək miqyası böyümüş və qarşısını almaq mümkün olmamışdır. Yanğının baş verməsində təqsirli şəxs Cavabdeh Mövlüddün qızıdır. Belə ki, o, odla ehtiyatsız davranmış, öz həyətində su qızdırarkən, küləyin təsirindən yanğın nəzarətdən çıxmış və qonşu sahəyə keçmişdir. Belə ki, vətəndaş Cavabdeh Mövlüddün qızı odla ehtiyyatsız davranmış və yanğına səbəb olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində İddiaçı çəpər qonşusu Cavabdeh Qusar rayonu, Qalacıq kəndində yerləşən, yaşadığı evin həyətində patlar yumaq üçün qazanda suyu qızdırmaq məqsədilə od qalamış və su dolu qazanı odun üzərinə qoyaraq evə getmişdir. Bundan sonra alov quru otlar vasitəsilə İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçmişdir. Bu zaman yanğın yayılaraq İddiaçı məxsus saman bağlamalarına, taxtalara və fındıq ağaclarına keçmişdir. Nəticədə İddiaçı məxsus 300 ədəd saman bağlaması, 1,5 kubmetr işlənmiş taxta yanaraq yararsız vəziyyətə düşmüş və 15 ədəd fındıq ağacı yanmışdır. Həmin radələrdə verilmiş məlumat əsasında Qusar rayon X2 yanğın söndürən briqadası hadisə yerinə gəlmiş, yanğını söndürmüşdür.Bununla da, CavabdehElvanəŞixcamalovaqarşısında delikt öhdəliyi yaranmışdır.Bundan başqa Cavabdeh özü də həmin halı etiraf edərək, od ilə düzgün davranmadığına görə İddiaçı 1000 manat maddi ziyan dəyməsini məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən,cavabdeh bu barədə yazılıərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən,tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın etirafı qəbul edilməli və İddiaçı maddi ziyanın ödənilməsi tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüququ vardır və hazırkı iddia tələbinin əsası kimi istinad olunmuş hallarla təsdiq olunmuşdur ki, iddianın hüquqi əsası ilə işin faktiki halları tam uzlaşmaqdadır. Odur ki, iddia təmin edilməli, Cavabdeh Mövlüddün qızının təqsirli hərəkəti nəticəsində iddiaçı ŞixcamalovaElvanə Vaqif qızına vurulmuş maddi zərərin əvəzi kimi 1000 (min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 1030 (min otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh törətdiyi mülki hüquq pozuntusu (İddiaçı məxsus 300 ədəd saman bağlamasının, 1,5 kubmetr işlənmiş taxtanın və 15 ədəd fındıq ağacının ehtiyatsızlıqdan yanması) nəticəsində İddiaçı dəymiş 1000 manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1030 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-153/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-153/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver