Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-156/2022 03.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2881.07 manat məbləğində kredit borcu, 387.54 manat məbləğində faiz borcu və 667.66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3936.27 (üç min doqquz yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 59.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6200 (altı min iki yüz) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 05.07.2018-ci il tarixli 011A********** saylı, 27.09.2019-cu il tarixli 011A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.05.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3318.93 manat ödəniş etmiş və cavabdehin iddiaçıya 2881.07 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 11.11.2021-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 387.54 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 11.11.2021-ci il tarixə 192 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 667.66 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faiz qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək göstərmişdir ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6200 manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 3318.93 manat ödəniş etmiş və İddiaçı QSCyə 2881.07 manat məbləğində kredit borcu qalmışdır. Odur ki, cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2881.07 manat məbləğində kredit borcu, 387.54 manat məbləğində faiz borcu və 667.66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3936.27 (üç min doqquz yüz otuz altı manat iyirmi yeddi qəpik) manat məbləğində borcun və ödənilmiş 59.37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qismən qəbul edir. O, həqiqətən də bankdan 6200 manat pul götürmüşdür. Həmin pulun bir qismini ödəmiş, lakin maddi vəziyyəti pis olduğuna görə qalan məbləği ödəyə bilməmişdir. Bankın ona hesablanmış cərimə məbləği yüksəkdir, cərimənin azaldılmasını məhkəmədən xahiş edir. Bütün imkanlarından istifadə edərək qalan borcu hissə-hissə ödəyəcəkdir. Həmçinin, təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, iddianın qismən təmin edilməsini, cərimə məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki işdə olan 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 illik 2.1667 faiz dərəcəsi ilə 36 ay müddətinə 6200 (altı min iki yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan 011G**********01 saylı 05 iyul 2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan 011A**********S saylı 24 may 2019-cu il tarixli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən görünür ki, bank ilə kredit alan arasında 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 24 may 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdə olan 011G**********01S saylı 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, bank ilə zamin arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 011G**********01 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 27 (iyirmi yeddi) ay müəyyən edilmişdir. İşdə olan 011A**********SA saylı 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi barədə sazişdən görünür ki, bankla kredit alan arasında 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 27 sentyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdə olan 011G**********01SA saylı 27 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, bank ilə zamin arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 011G**********01 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilərək kreditin müddəti 36 (otuz altı) ay müəyyən edilmişdir. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş 15.11.2021-ci il tarixli 25655 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 011A********** saylı 05.07.2018-ci il tarixli kredit razılaşması üzrə həmin banka 2881.07 manat məbləğində kredit borcu, 387.54 manat məbləğində faiz borcu və 667.66 manat məbləğində cərimə, cəmi 3936.27 (üç min doqquz yüz otuz altı manat iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh1 İddiaçı QSC ilə aralarında bağlanmış 05.07.2018-ci il tarixli 011A********** saylı Kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, iddiaçının həmin müqavilənin ləğv edilməsini, verilmiş kreditin ona hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə İddiaçı QSC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2881.07 manat məbləğində kredit borcu, 387.54 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3318.61 (üç min üç yüz on səkkiz manat altmış bir qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 59.37 (əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05.07.2018-ci il tarixli 011A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2881.07 (iki min səkkiz yüz səksən bir manat yeddi qəpik) manat məbləğində kredit borcu, 387.54 (üç yüz səksən yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla cəmi 3318.61 (üç min üç yüz on səkkiz manat altmış bir qəpik) manat məbəğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 59.37 (əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-156/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-156/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver