Məhkəmə qərarları › İş №2(029)-156/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-156/2023

06.04.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-156/2023 06.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü əri X9 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2ır. 06 oktyabr 2006-ci il tarixdə X17 ilə rəsmi nikaha daxil olmuş, nikahları həmin tarixdə Qusar rayon VVADQ şöbəsində 120 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin nikahdan onların Qusar şəhərində xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X22 adlı iki uşaqları anadan olmuşdur. Həyat yoldaşı X17 radikal dini təriqətli şəxs olduğundan 2016-cı ildə Suriya Respublikasında gedən hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getmək qərarına gəlmiş və bundan sonra Rəşid Talıbov, o və azyaşlı uşaqları ilə birlikdə Suriyaya getmişlər. Suriyada olarkən xx.xx.2017-ci il tarixdə Rəşid Talıbovla onun bir oğlan uşaqları da anadan olmuş, adını Zeyd qoymuşlar. Bundan sonra həyat yoldaşı X19 gedən döyüşlərdə itkin düşmüş, uzun müddət onun harada olması barədə heç bir məlumat olmamış və o, azyaşlı uşaqları ilə tək qaldığından Suriyadan Türkiyə Respublikasına getmişdir. Orada onun və uşaqlarının heç bir sənədi olmadığından xeyli müddət Türkiyədən Azərbaycana qayıda bilməmişdir. Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan konsulluğundan ona və azyaşlı uşaqlarına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri verilmiş və həmin sənədlər əsasında o, üç azyaşlı uşaqları ilə birlikdə Qusar şəhərinə qayıtmışdır. Hazırda azyaşlı uşaqları ilə birlikdə tək qalmışdır, uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. X27 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün onun xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. X27 harada olması barədə artıq 5 il ərzində heç bir məlumat olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən, həmçinin Suriyada gedən döyüşlərdə itkin düşdüyündən hesab edir ki, o, xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-cı maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 273168 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X2 nikahları 03 oktyabr 2006-cı il tarixdə Qusar rayonu VVADQ şöbəsində nikahları rəsmiləşdirilmişdir. Bundan sonra qadın “Talıbova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 828175 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 sentyabr 2006-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşdə olan AZ-İİ 593693 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 yanvar 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşdə olan AZ-T 218357 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 20 iyul 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X5, anası Ərizəçidır. İşdə olan X18, X3, X8, X4 və X7 tərəfindən tərtib olunmuş 24 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan X14 2016-cı ildən Rusiyaya getmişvə bir daha geri qayıtmamışdır. Həmin vaxtdan onun yaşadığı ünvanda görməmişlər. İşdə olan 33/413 saylı 01 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxması qeydə alınmışdır. Bununla yanaşı, X9 hər hansı xarici dövlətin hüdudlarından məcburi qaydada çıxarılması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 3-16317/6/2-179/2023 saylı 06 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar Xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X17 adlı şəxs haqqında məlumat qeyddən keçmir. İşdə olan 3-13-93/2-1260/2023 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, Qusar rayon sakini X6 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan NA/01 saylı 13 yanvar 2023-cü il tarixli Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X9 vəfat edib etməməsi barəsində Nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X17 2016-cı ildə Ərizəçi və uşaqları ilə birlikdə Suriya Respublikasına getmişdir. Həmin vaxtdan sonra X17 daimi yaşadığı Qusar şəhərinə qayıtmamış, hazırda onun harada olması, Suriyada olan məlum hərbi əməliyyatlar zamanı həlak olub-olmaması barədə məlumat yoxdur. Ərizəçinin əri X9 əmlaklarının idarə edilməsi, o cümlədən uşaqlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi əri, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmuş X17 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi əri, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmuş X17 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar