Məhkəmə qərarları › İş №2(029)-159/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-159/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-159/2023 24.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ilə birgə nikahdan olan uşaqları, 09 iyul 2020-ci il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılıb cavabdeh HacıyevƏlauddin Ələkbər oğlundan hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq azyaşlı Davidin yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 19 avqust 2019-cu il tarixdə rəsmi nikahı qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan onların 09 iyul 2020-ci il təvəllüdlü David adlı uşaqları anadan olmuşdur.Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır.Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-643/2021 saylı qətnaməsinə əsasən Cavabdeh azyaşlı Davidin saxlanması üçün onun xeyrinə hər ay 120 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh HacıyevƏlauddin Ələkbər oğlu ona uşağın saxlanması üçün hər ay cəmi 120 manat aliment ödəyir. O, isə körpə uşağı tək qoyub işə gedə bilmir, bütün günü uşağın qayğıları ilə məşğuldur.Cavabdeh ona ödədiyi 120 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə də Cavabdeh uşağın saxlanması üçün daha artıq aliment ödəməyə borcludur.O, aralarındakı məsələni, yəni alimentin artırılmasına dair mübahisəni mediator vasitəsillə həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin olaraq mediatora müraciət etsə də, qarşı tərəf mediasiya sessiyasında iştirak etməmiş, bu barədə ona verilmiş arayışı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iddiaçı HacıyevaElvina Əli qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə 120 manat aliment tutulub. Cavabdeh həmin alimenti vaxtında ödəmir, 4-5 aydan bir icra məmurlarına ərizə ilə müraciət etdikdən sonra ödəyir.Hazırda cavabdeh 4 ayın alimentiniödəməmişdir. Ailə üzvlərinin heç biri işləmir, himayəsində iki yaşlı uşağı olduğuna görə o, da işləyə bilmir. Uşaq danışmır, uşaq bağçasına qoya bilmir. Məhkəmə iclasında cavabdeh HacıyevƏlauddin Ələkbər oğlunun etibarnamə üzrə nümayəndəsiHacıyevaFiruzə Əbülfərz qızıiddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh onun oğludur. Uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 120 manat aliment tutulmuşdur. Aliment tutulanda üç ayın pulu yığılmış, hər ay 200 manat ödəməklə yaranmış borcu ödəmişlər.Cavabdeh onlara uşağı göstərmir. OğluƏlauddin Rusiya Federasiyasında ofisant işləyir, rəsmi iş yeri yoxdur, ağır işlərdə işləyə bilmir, səhhəti buna imkan vermir, hər ay 200-300 manat göndərir, həmin pulu onlar uşağa verirlər. Pul olmayanda göndərə bilmir. Oğlunun himayəsində heç kim yoxdur, subaydır. 120 manat alimenti çətinliklə ödəyir, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh HacıyevƏlauddin Ələkbər oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-643/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki,Cavabdeh ilə İddiaçı arasında Quba Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində 19 avqust 2019-cu il tarixli 0678 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 09 iyul 2020-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1993-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 09 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat miqdarda aliment tutulması qət edilmişdir. İşdə olan AZ-İ 410209 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, HacıyevƏlauddin Ələkbər oğlu ilə HacıyevaElvina Əli qızının nikahları xx.xx.2022-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan AZ-İV433912 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X309 iyul 2020-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2022-ci il tarixli 20951 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, mövcud alimentin artırılmasına tələbinə dair mübahisə üzrə 22 oktyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan OKİ Medical Klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli həkim rəyindən görünür ki, L3 fəqərə cisminin sağdan ön yuxarı hissəsinin sınığı aşkar edilmişdir. L4 fəqərə cisminin yuxarı limbinin minimal çökməsi ilə yuxarı hissəsinin multifraqmentar, dislokasiyalı sınığı aşkar edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(012)-643/2021 saylı, 25noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Quba Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində 19 avqust 2019-cu il tarixli 0678 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 09 iyul 2020-ci il təvəllüdlü HacıyevDavidƏlauddin oğlu HacıyevaElvina Əli qızının himayəsində saxlanılmış və həmin uşağın yaşayış yeri kimi İddiaçı yaşayış yeri müəyyən edilmiş, xx.xx.1993-cü ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 09 iyul 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 120 (yüz iyirmi) manat miqdarda aliment tutulması qət edilmişdir. Cavabdeh aliment tutulduğu vaxtdan sonra onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişiklik olması məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı özü də izahatında bildirmişdir ki, cavabdeh təyin olunmuş alimenti vaxtında ödəmir. Halbuki, ailə qanunvericiliyində alimentin miqdarının tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması halları ilə şərtləndirilmişdir. İş materiallarında əlavə edilmiş sənədlərdən də görünür ki, Cavabdeh səhhətində problemlər var. Həmçinin onun maddi vəziyyəti yaxşılaşmamışdır. Belə olan halda alimentin miqdarının artırılması cavabdehin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bundan başqa, məhkəmə uşaqlar üçün yaşayış minimumunu rəhbər tutaraq alimentin miqdarının artırılmasını məqsədəmüvafiq hesab etmir, çünki, alimentin miqdarının ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarına uyğun dəyişdirilməsi Ailə Məcəlləsində nəzərdə tutulmamış, həmçinin uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulması düzgün və ədalətli deyildir. Beləliklə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması müəyyən edilməmiş, bu barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqadarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar