Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-166/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2007-ci il təvəllüdlü X1 üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxx 2006-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Həmin nikahdan onların xx xxxxx 2007-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən aralarındaki nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. Ayrıldıqdan sonra X8 adlı uşaq onun himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 2(029)-1371/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx xxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 100 (bir yüz) manat olmuşdur. Cavabdeh ona ödədiyi 100 (bir yüz) manat aliment uşağın cüzi ehtiyaclarını belə ödəmir. Emin adlı uşaq orta məktəbdə təhsil alır, onun xərcləri artmışdır. Cavabdehin Rusiya Federasiyasında himayəsində 2 uşağı olan qadınla qeyri-rəsmi münasibəti vardır. Emin adlı uşaqla maraqlanmır. Hazırda özünün maddi vəziyəti ağırdır, həmin məbləğ uşağın saxlanılması üçün kifayət deyil. Ona görə Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, pandemiya xəstəliyi ilə əlaqədar geri qayıda bilməmişdir. Cavabdeh heç bir yerdə işləmir, iddiaçıya alimenti də öz pensiyasından ödəyir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-l № 254542 saylı Nikahın pozulması haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Bədəlova soyadı verilmişdir. İşdə olan AZ-T № 010475 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxx 2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Qusar rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, tərəflər xx xxx 2006-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan tərəflərin xx xxxxx 2007-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Tərəflər arasındaki nikah pozulmuşdur. Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən xx xxxxx 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Qusar rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, xx xxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-1572/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxxx 2007-ci il təvəllüdlü X5 yetkinlik çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-166/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-166/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver