Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-186/2020 05.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə onun tərəfindən ödənilmiş 85180 (səksən beş min bir yüz səksən) manat pulun, habelə həmin kredit müqaviləsi üzrə ödənilməmiş qalan 7187.90 (yeddi min bir yüz səksən yeddi manat doxsan qəpik) manat faiz borcu məbləğinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2007-ci ilin sonlarında tanışı Cavabdeh1 ona şərikli qaydada Qusar şəhərində mineral suların istehsalı müəssisəsini yaratmağı təklif etmişdir. Cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 ona bu məqsəd üçün yararlı və özünə məxsus, yəni təsisçisi olduğu ünvan 1 ünvanında qeydiyyatda olan “xxxxxx” firmasının yerləşdiyi hazır binanın da olduğunu bildirmiş, bu məqsədlə Cavabdeh1 müəssisəyə avadanlıq almaq üçün ona pul əldə etməyi təklif etmişdir. Həmin vaxt Cavabdeh1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonunda yerləşən 5 saylı Regional Ekologiya və X9 rəisi vəzifəsində, özü isə 5 saylı Regional Ekologiya və X9 tabeliyində olan X12 və Bərpası Müəssisəsinin direktoru vəzifəsində işləmişlər. Cavabdeh1 özünə məxsus, yəni özünün təsisçisi olduğu ünvan 1 ünvanında yerləşən “xxxxxx” firması olmuş, həmin firmanın direktoru vəzifəsini formal olaraq Cavabdeh1 qayını, iş üzrə digər Cavabdeh2 tutmuş, firmaya faktiki sahibliyi Cavabdeh1 etmişdir. Cavabdeh1 yaxından tanıdığı və ona inandığı üçün, həm də digər tərəfdən onun tabeliyində işlədiyi üçün, habelə mineral suların istehsalı müəssisəsindən gələcəkdə özünün də gəlir əldə edəcəyi ümidi ilə Cavabdeh1 təklifi ilə razılaşmışdır. O, həyat yoldaşı X2 ilə məsləhətləşərək, arvadının mülkiyyətində olan 2.6 ha torpaq sahəsini sataraq əldə olunan 103000 (bir yüz üç min) ABŞ dollarını torpağın satılmasına köməklik etmiş şəxslər, Qusar şəhər sakini X10 və Bakı şəhər sakini X5 iştirakı ilə cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 vermişlər. Lakin Cavabdeh1 həmin pula yaradılacaq mineral suların istehsalı müəssisəsi üçün heç bir avadanlıq almamış və pulu özünün ehtiyacları üçün sərf etmiş, ona da həmin pulu “xxxxxx” firmasının torpağının bir hissəsini sataraq qaytaracağına söz vermişdir. O, Cavabdeh1 bu vədinə inanıb bir söz deməmişdir. Bundan sonra mineral su istehsalı müəssisəsinə avadanlıqların alınması üçün Cavabdeh1 öz qohumunun rəhbərlik etdiyi “xxxxxxxxxx”ın Qusar filialından kredit almağı və həmin pula lazımi avadanlıqlar almağı ona təklif etmişdir. Kredit almaq üçün daşınmaz əmlak ipoteka qoyulmalı olduğundan, Cavabdeh1 öz evinin ipoteka ilə yüklü olduğunu bildirmiş və ona məxsus evi kreditin təminatı kimi ipotekaya qoymağı təklif etmişdir. xx xxxx 2008-ci il tarixdə “xxxxxx” firmasının direktoru, iş üzrə Cavabdeh2 adına “xxxxxxxxxx” ASC-nin Qusar filialından 2 illik müddətinə, illik faiz dərəcəsi 26 % olmaqla 80000 (səksən min) manat kredit alınmışdır. O, yenə də Cavabdeh1 vədlərinə inanaraq evini ipotekaya qoymuş və dəyəri qarşılıqlı razılaşmaya əsasən 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilərək “xxxxxxxxxx” ASC-nin Qusar filialı ilə xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və özünə məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evini həmin kreditin təminatı olaraq ipoteka qoymuşdur.Bankdan alınmış 80000 manat pulun bir hissəsinə, təxminən 65000 manatına Cavabdeh1 tərəfindən mineral su istehsalı müəssisəsi üçün avadanlıqlar alınsa da, pulun qalan təxminən 15000 manatını Cavabdeh1 öz ehtiyacları üçün xərcləmişdir.xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə Cavabdeh1 tərəfindən, mühasibi X11 vasitəsi ilə, kredit tarixçəsindən göründüyü kimi, xx.xx.2008-ci il tarixdə 3537 manat, xx.xx.2008-ci il tarixdə 4272 manat, xx.xx.2008-ci il tarixdə 4547 manat, xx.xx.2008-ci il tarixdə 4312 manat, xx.xx.2009-cu il tarixdə 4309 manat, xx.xx.2009-cu il tarixdə 4065 manat, cəmi olaraq 25042 (ivirmi beş min qırx iki) manat pul ödənilmişdir. Lakin 2009-cu ilin fevral ayından etibarən “xxxxxx” firması kredit müqaviləsinin şərtlərini yerinə yetirməmiş, 2009-cu ilin iyun ayına kimi ödəniş edilməmişdir. Cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 bunun səbəbini özünün işində rəhbərlik ilə ciddi problemlərinin yaranması ilə izah etmişdir. 2009cu ilin iyun ayında “xxxxxxxxxx” ASC-nin hüquqşünasları ona xx xxxx 2008-ci il tarixində Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış 80000 manatlıq kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evini satışa çıxaracaqlarını bildirmiş və ondan “xxxxxx” firmasının banka olan borc və faiz borclarını ödəməsini tələb etmişlər. O, çıxılmaz vəziyyətdə qalaraq xx xxxx 2009-cu il tarixdən başlayaraq, həm “xxxxxx” firmasında mühasib vəzifəsində işləyən, eyni zamanda onun təsisçi olduğu “xxxxxxxxxxxxx” MMC-nin mühasibi vəzifəsində işləyən X11 vasitəsi ilə həmin kredit müqaviləsinin icrası üzrə banka ödənişlər etməyə başlamışdır. Ödənişləri həyata keçirmək məqsədilə o, hətta 2009-cu ilin dekabr ayında özünə məxsus olan “Santa-Fe Hunday” markalı maşınını 9830 manata sataraq kreditləri ödəmişdir. xx xxxx 2009-cu il tarixdən xx xxxxxxxx 2011-ci il tarixə kimi o, “xxxxxx” firması ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə ödənişləri həyata keçirmək üçün həm “xxxxxx” firmasında mühasib vəzifəsində işləyən, həm də təsisçi olduğu “xxxxxxxxxxxxxx” MMC-nin mühasibi vəzifəsində işləyən X8 hissə-hissə nəğd olaraq 65539 (altmış beş min beş yüz otuz doqquz) manat pul vermişdir. Həmin 65539 manat pulu X11 xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə, yəni “xxxxxx” firmasının “xxxxxxxxxx” ASC-nin Qusar filialına olan kredit borcunun silinməsi üçün “xxxxxxxxxx” ASC-nin Qusar filialına ödəmişdir. X11, həmin 65539 (altmış beş min beş yüz otuz doqquz) manat pulun onun tərəfindən nəğd olaraq verilməsini və həmin pulun xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə, yəni “xxxxxx” firmasının “xxxxxxxxxx” ASC-nin Qusar filialına olan kredit borcunun ödənilməsi üçün “xxxxxx” firmasının adından “xxxxxxxxxx” ASC-nin Qusar filialının hesabına ödənilməsini təsdiq etmişdir. Bundan əlavə 2009-cu ilin iyun, iyul və avqust aylarında təsisçi olduğu “xxxxxxxxxxxxx” MMC-nin hesabından cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə təsisçi olduğu “xxxxxxxxxxxxx” MMC-nin mühasibi vəzifəsində işləyən X11 tərəfindən “xxxxxxxxxx” ASC-nin Qusar filialına olan kredit borcunun silinməsi üçün “xxxxxxxxxx” ASC-nin Qusar filialına 12591 (on iki min beş yüz doxsan bir) manat pul köçürülmüşdür. Həmin 12591 manat pulun “xxxxxxxxxxxxx” MMC-nin hesabından cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 “xxxxxxxxxx” ASC-nin Qusar filialı qarşısında kredit borcunun ödənilməsi üçün köçürülməsi 2009-cu ilin iyun, iyul və avqust aylarına dair mühasib X11 tərəfindən aparılmış “xxxxxxxxxxxxx” MMC-yə aid maliyyə hesabatı ilə təsdiq olunur.Bundan əlavə cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə tərəfindən xx xxx 2012-ci il tarixdə Bakı şəhərində, “xxxxxxxxxx” ASC-nin baş ofisində 3200 manat, xx xxxx 2016-cı ildə 1000 manat və iddia ərizəsinə əlavə etdiyi digər qəbzlərə əsasən yenə də şəxsən özünün adından cəmi 7050 (yeddi min əlli) manat pul ödənilmişdir. Üst-üstə cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə tərəfindən həm cavabdeh “xxxxxx” firmasında, həm də təsisçi olduğu “xxxxxxxxxxxxx” MMC-nin mühasibi vəzifələrində işləyən X8 nəğd olaraq verdiyi 65539 (altmış beş min beş yüz otuz doqquz) manat, təsisçisi olduğu “xxxxxxxxxxxxx” MMC-nin hesabından “xxxxxxxxxx” ASCnin Qusar filialına köçürülmüş 12591 (on iki min beş yüz doxsan bir) manat, şəxsən özünün adından “xxxxxxxxxx” ASC-nin hesabına köçürülmüş 7050 (yeddi min əlli) manat, ümumi olaraq 85180 (səksən beş min bir yüz səksən) manat pul ödənilmişdir. Həmin 85180 (səksən beş min bir yüz səksən) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılmalıdır. Hal-hazırda cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti olan ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə tələbin yönəldilərək açıq hərracda satılmasına dair məhkəmə qərarları mövcuddur. Həm də xx xxxxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxx” ASC- nin Qusar filialından aldığı kredit tarixindən görünür ki, cavabdeh “xxxxxx” firmasının direktoru Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 7187,90 (yeddi min bir yüz səksən yeddi manat doxsan qəpik) manat faiz borcu qalmışdır. Cavabdehlər həmin pulu ödəmədikləri üçün “xxxxxxxxxx” ASC ünvan 2 ünvanında yerləşən yaşayış evini ipotekadan azad etməyə razılıq verməmişdir. 2010-cu ilin əvvələrində artıq istifadəyə tam hazır olan mineral su istehsalı müəssisəsi Cavabdeh1 tərəfindən 250000 manata saxta sənədlərlə başqa şəxsə satılmış və ondan aldığı borc pulu, Cavabdeh1 yerinə ödədiyi kredit pulları ona qaytarmaqdan imtina etmişdir. 2010-cu ilin mart ayında Cavabdeh1 rəhbər oliqarxlardan birinin pulunu mənimsədiyinə görə həbs edilmiş, 2010-cu ilin axırlarında 6 il şərti cəza ilə həbsdən azad olunmuşdur. Onun külli miqdarda pulunu mənimsədiyinə görə şikayət ərizəsinə əsasən Cavabdeh1 barəsində xx xxxx 2016-cı il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanmış və hal-hazırda həmin cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin icraatındadır. “xxxxxx” firması isə hal-hazırda fəaliyyətini dayandırmışdır. Hazırki iş məhkəmənin icraatında olarkən Cavabdeh1 ona pulunu geri qaytaracağaını bildirmiş, ona görə də o, xx xxxx 2020-ci il tarixdə Qusar rayon Notariat Ofisinə gedərək Cavabdeh1 qarşı indiyə qədər olan bütün mübahisələrə son qoyduğu, Cavabdeh1 və “xxxxxx” fırmasına qarşı irəli sürdüyü bütün iddialardan, şikayət və tələblərdən imtina etdiyinə, birdə heç bir şikayəti, tələbi və iddiası olmayacağına dair ərizə vermişdir. Lakin sonradan Cavabdeh1 onu aldatdığını görüb həmin ərizəni ləğv elətdirmişdir. Bundan da əlavə, hazırki iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra hal-hazıradək “xxxxxxxxxx” ASC sözügedən kredit müqaviləsi üzrə 1900 (bir min doqquz yüz) manat ödəmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə tərəfindən ödənilmiş 85180 (səksən beş min bir yüz səksən) manat pulun, habelə ödənilməmiş 7187.90 (yeddi min bir yüz səksən yeddi manat doxsan qəpik) manat faiz borcu məbləğinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbləri tamamilə əsassızdır, qanuna-ziddir, odur ki, təmin edilməməlidir. Belə ki, İddiaçı və həyat yoldaşı X3 dəfələrlə məhkəməyə müraciət etmişlər və tələblərinin təmin edilməməsi barədə müxtəlif məhkəmə instansiyalarının qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Həmçinin 2013-cü ildə İddiaçı borc və mənəvi ziyan tələbi ilə əlaqədar olaraq Qusar rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək Cavabdeh1 ilə aralarındakı mübahisəni məhkəmədənkənar həll etdiklərinə və aralarında heç bir mübahisə qalmadığına görə iddiadan imtina etdiyini bildirmiş və iddiadan imtinasının qəbul olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərardadı İddiaçı maddi və mənəvi ziyan tələbindən və Cavabdeh1 qarşılıqlı iddiadan imtinalarına dair ərizələri qəbul edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra isə İddiaçı həyat yoldaşı X3 maraqlı şəxs kimi Qusar rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə İddiaçı bu cür tələblərlə məhkəməyə müraciət edilməsinə dair qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, hazırki iş üzrə İddiaçı iddia ərizəsi Qusar rayon məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur, yəni mübahisələndirdiyi kredit müqaviləsinin bağlandığı tarixdən 12 (on iki) il, qanuni qüvvədə olan Qusar rayon məhkəməsinin 2(029)-92/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qərardadından isə 7 (yeddi) il keçdikdən sonra daxil olmuşdur. Beləliklə də, iddiaçının iddia müddətini ötürməsi sübut olunur. Odur ki, qeyd olunanları nəzərə alıb iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və ona qarşı iddia qaldıraraq onunla “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında bağlanmış xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinin icrası üzrə iddiaçı tərəfindən ödənilmiş 85180 (səksən beş min bir yüz səksən) manat pulun, həmin kredit müqaviləsi üzrə ödənilməmiş 7187.90 (yeddi min bir yüz səksən yeddi manat doxsan qəpik) manat faiz borcu məbləğinin onlardan alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində xx xxxx 2008-ci il tarixdə “xxxxxx” firmasının direktoru, iş üzrə Cavabdeh2, yəni onun adına “xxxxxxxxxx” ASC-nin Qusar filialından iki illik müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla 80000 (səksən min) manat kredit alındığı, İddiaçı yenə də Cavabdeh1 vədlərinə inanaraq evini ipotekaya qoyduğu və dəyəri qarşılıqlı razılaşmaya əsasən 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilərək “xxxxxxxxxx” ASCnin Qusar filialı ilə xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinin bağlandığı və iddiaçının özünə məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin həmin kreditin təminatı olaraq ipoteka ilə yüklü edildiyi, yəni ipotekaya qoyulduğu qeyd edilmişdir. Onun İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur və iddiaçı tərəfindən ona qarşı iddia qaldırılması da tamamilə əsassızdır. Belə ki, hər şeydən əvvəl onunla “xxxxxxxxxx” ASC arasında hər hansı bir kredit müqaviləsi bağlanmamışdır. İddiaçının nəzərdə tutduğu kredit müqaviləsi xx xxxx 2008-ci il tarixdə “xxxxxxxxxx” ASC-nin Qusar filialı ilə “xxxxxx” firması arasında bağlanmışdır. O isə yalnız “xxxxxx” firmasının direktoru kimi həmin müqavilədə “xxxxxx” firmasını təmsil etmişdir. Daha sonra xx xxxx 2008-ci il tarixdə İddiaçı, “xxxxxx” firması və “xxxxxxxxxx” ASC-nin Qusar filialı arasında ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi ilə “xxxxxx” firması tərəfindən “xxxxxxxxxx” ASC-dən kredit alındığı 80000 (səksən min) manata kreditin təminatı olmaqla iddia ərizəsində göstərildiyi kimi İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evi ipotekaya qoyulmuşdur. Tərəflərin razılığı ilə yaşayış evinin dəyəri 140000 (bir yüz qırx min) manat müəyyən edilmişdir. Həmin müqavilənin bağlanmasında da “xxxxxx” firmasının direktoru olmaqla tərəf kimi iştirak etmişdir. Qeyd olunan müqavilərədə o, yalnız xx xxxxxx 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış “xxxxxx” firmasının nizamnaməsi ilə firmanın direktoruna verilmiş səlahiyyətlər daxilində hərəkət etmişdir. xx xxxx 2008-ci il tarixdə “xxxxxxxxxx” ASC ilə “xxxxxx” firmsı arasında bağlanmış “Baş kredit müqaviləsi” əsasında “xxxxxx firmasının “xxxxxxxxxx” ASC qarşısında yaranmış öhdəliklərinin xx xxxx 2008-ci il tarixli “İpoteka müqaviləsi”nə əsasən İddiaçı tərəfindən icra edilməsi nəticəsində sərf olunmuş vəsait mülki qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən yalnız “xxxxxx” fırmasından tələb edilə bilər. O, “xxxxxx” firmasının təsisçisi deyil, firmanın yeganə təsisçisi Cavabdeh1dur. O isə həmin firmada direktor vəzifəsində işləmişdir. Şərh olunan bütün hallar iddianın ona qarşı yönəldilməsinin tamamilə əsassız olduğunu göstərir. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2008-ci il tarixli Baş Kredit Müqaviləsindən görünür ki, “xxxxxxxxxx” ASC tərəfindən “xxxxxx” firmasının direktoru Cavabdeh2 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 80000 (səksən min) AZN kredit verilmişdir. İşdə olan xx xxxx 2008-ci il tarixli İpoteka Müqaviləsindən görünür ki, İddiaçı “xxxxxxxxxx” ASC-nin Qusar filialı ilə “xxxxxx” Firmasının direktoru Cavabdeh2 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Baş kredit müqaviləsinə əsasən “xxxxxxxxxx” ASC-nin Qusar filialından götürdüyü illik 26 faiz ödənilməklə 80000 (səksən min) AZN məbləğində kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərinin, digər xərc və tutmalarının ödənilməsindən irəli gələn öhdəliyinin əsas müqavilədə müəyyən edilmiş müddətdə və qaydada yerinə yetirilməsi üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vəsiqəsi seriya MH № ******* Daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 146 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********74-10301; qeydiyyat nömrəsi-********** Qeydiyyat tarixi-xx.xx.2008 ddaşınmaz əmlakı- Qusar şəhəri, Tağıyev küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 69.9 kv.metr yaşayış, 77.2 kv.metr köməkçi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(029)-92/2013 saylı qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiadan və Cavabdeh1 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddiadan imtinaları qəbul olunmuş, İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiadan və Cavabdeh1 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia əriələri üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, 2(102)-2813/2013 saylı Qərarından görünür ki, cavabdehlər İddiaçı və Xanbabayev Emin Vaqif oğlunun kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə olan xx xxxx 2013-cü il tarixli, 2(105)- 207/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3444/2019 saylı qərardadının surətindən görünür ki, maraqlı şəxs X1 şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin iş üzrə xx xxxxxx 2013-cü il tarixli, 2(029)-92/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı xx xxxx 2020-ci il tarixlı, reyestrdə 8İ-3124 nömrə ilə qeyd edilmiş **********124 saylı ərizəsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı indiyə qədər olan bütün mübahisələrə son qoyur. Ona və xxxxxx fırmasına qarşı irəli sürdüyü bütün iddialardan, şikayət və tələblərdən imtina edir. Bir də heç bir şikayəti, tələbi və iddiası olmayacaq. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, X-636 nömrəli məktubdan görünür ki, Qusar rayon notariat ofisində təsdiq olunmuş İddiaçı tərəfindən imzalanmış xx xxxx 2020-ci il tarixli 8İ- 3124 reyestr nömrəli ərizə İddiaçı şəxsi ərizəsi əsasında ləğv edilərək reyestr kitabında müvafiq qeyd aparılmışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli 280120QS-200 saylı, xx xxxxxx 2020-ci il tarixli 130220S-133 saylı, xx xxxx 2020-ci il tarixli 040320QS-668 saylı, xx xxxxx 2020-ci il tarixli 030420S-135 saylı, xx xxx 2020-ci il tarixli 070520QS-104 saylı, xx xxxx 2020-ci il tarixli 160620QS-053 saylı, xx xxxx 2020-ci il tarixli 070720QS-066 saylı, xx xxxxxx 2020-ci il tarixli 170820QS-0556 saylı, xx xxxxxxxx 2020-ci il tarixli 210920N-007 saylı və xx xxxxxxx 2020-ci il tarixli 131020QS-055 saylı ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “xxxxxxxxxx” ASC-nin Qusar filialının hesabına ümumilikdə 1900 manat pul köçürülmüşdür. Cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə təqdim edərək, İddiaçı iddia ərizəsində irəli sürülmüş iddia tələblərinə iddia müddəti təbiq edilməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və məhkəmə tədqiqi zamanı həmin hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinıə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdeh “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İddiaçı iddiası üzrə iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə edərək belə qənaətə gəlir ki, həqiqətən də, “xxxxxxxxxx” ASC ilə “xxxxxx” firmasının direktoru Cavabdeh2 arasında bağlanmış xx xxxx 2008-ci il tarixli Baş Kredit Müqaviləsinin bağlanmasından 12 il müddət keçmiş, həmin müdət ərzində İddiaçı iddia tələbi irəli sürməmiş və bununla da Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı iddiası üzrə iddia müddəti tətbiq olunmaqla həm də yuxarıda qeyd olunan əsaslara görə həmin iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər “xxxxxx” firmasının faktiki sahibi və təsisçisi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-186/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-186/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver