Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-19/2021 01.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaç İddiaçı QSC-nin nümayəndəsi X3, cavabdeh və digər cavabdeh X4 hüquqi varisi Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh, X7, X5 və X12 qarşı kredit müqaviləsi üzrə borcun tələbi və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh, X5 və X12 qarşı kredit müqaviləsi üzrə borcun tələbi və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı QSC arasında bağlanılmış 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə, 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşmasına, 23.10.2015-ci il tarixli 11R000009605S saylı və 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh, X2, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 20401.37 ABŞ Dolları məbləğində kredit borcu, 4672.06 ABŞ Dolları məbləğində faiz borcu və 7760.99 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32834 (otuz iki min səkkiz yüz otuz dörd) ABŞ Dolları 42 (qırx iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Qusar şəhəri B.Ağaverdiyev küçəsində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 32834 (otuz iki min səkkiz yüz otuz dörd) ABŞ Dolları 42 (qırx iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X2, X1 müştərək qaydada tutulması; Qusar şəhəri B.Ağaverdiyev küçəsində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X4 Cavabdeh və X9 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evini boşaldılmaları və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. . İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 23.10.2015-ci il tarixli 11R000009605S saylı, 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.09.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 14598.63 ABŞ Dolları ödəmiş, onun 20401.37 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.08.2017-ci il tarixə 348 gün üçün hesablanmış faiz borcu 4672.06 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 29.08.2017-ci il tarixə 348 gün üçün hesablanmış cərimə 7760.99 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X10, X8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Həmçinin Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən X10 iddiaçı ilə bağladığı 10.09.2014-cü il tarixli 11M000000447 saylı ipoteka müqaviləsi (Qusar rayonu Notariat Kontorunun notariusu X6 tərəfindən təsdiq edilib) əsasında Qusar şəhəri B.Ağaverdiyev küçəsində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 5 №-li reyestr kitabının 11№-li vərəqində qeydiyyata alınmış və RX 0466686№-li çıxarışa əsasən Qusar şəhəri B.Ağaverdiyev küçəsində X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evini Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh-ipoteka verən X7 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 06.06.2017-ci il tarixdə göndərilmiş, həmin bildiriş 12.06.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qusar RİHB-nın Qusar şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 05.09.2014-cü il tarixli 3895 saylı arayışına əsasən Qusar şəhəri B.Ağaverdiyev küçəsində X4 mülkiyyətində olan 76 saylı fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh və X13 fərdi yaşayış evini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizələr təqdim edərək həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. (forma 2 arayışının və razılıq ərizələrinin surəti əlavə olunur, ərizələrinin əsli Notariat kontorunda saxlanılır). Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X11 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdeh X4 hüquqi varisi Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, o, ticarət fəaliyyəti ilə məşğul olur, işi əsasən xarici ölkələrdən mal alıb-satmaqdan ibarətdir. Həqiqətən də, İddiaçı QSCdən kredit pul vəsaiti götürmüş, həmin kreditə görə əvvəllər normal şəkildə ödənişlər etmişdir. X19 Federasiyasında işləyib pul qazanmış, lakin sonradan oğlunu deportasiya etmişlər və daha sonra oğlu xəstələnib vəfat etmişdir. Özü isə Türkiyəyə getmiş və bir müddət oradan ödənişlər etmişdir. Hazırda məlum pandemiya ilə əlaqədar işləmir, borcu ödəməyə imkanı yoxdur, gələcəkdə işləyib borcunu ödəyəcəkdir. Evin satılmasına razı deyil, ona bir az müddət lazımdır ki, alver edib borcunu qaytarsın. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər X8 və X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə cavbadeh Cavabdeh arasında bağlanmış 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 10.09.2014-cü il tarixli, 11L000009605 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 23.10.2015-ci il tarixli 11R000009605S saylı sazişə əsasən 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 15 sentyabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 23 oktyabr 2015-ci il tarixli Ödəniş planına (X21) uyğun olaraq dəyişdirilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişdən görünür ki, 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 07 mart 2016-cı il tarixdən aylıq 1,6667% dərəcəsi ilə faizlər hesablanır və Kredit alan Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 07 mart 2016-cı il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC ilə X8 arasında bağlanmış 11S000008164 saylı Zaminlik Müqaviləsinə əsasən X18 Şixiyevanın 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı QSC ilə X10 arasında bağlanmış 11S000005165 saylı Zaminlik Müqaviləsinə əsasən X15 Şixiyevanın 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları üzrə öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş 29.07.2017-ci il tarixli 08 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşması üzrə əsas borcunun 20401.37 ABŞ dolları, faiz borcunun 4672.06 ABŞ dolları, cərimə borcunun 7760.99 ABŞ dolları, cəmi borcunun isə 32834.42 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 11.07.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri B.Ağaverdiyev küçəsi 76 ünvanında yerləşən **********70-10301 reyestr nömrəli 0.08 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 297.3 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı QSC ilə X10 arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 3M-1-138 reyestr nömrəsi ilə təsdiq edilmiş 10.09.2014-cü il tarixli 11M000000447 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Şixzada Şixiyev 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək üçün Qusar şəhəri B.Ağaverdiyev küçəsi 76 ünvanında 0.08 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 42352.20 (qırx iki min üç yüz əlli iki manat iyirmi qəpik) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 13.09.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qusar şəhəri B.Ağaverdiyev küçəsi 76 ünvanında **********70-10301 reyestr nömrəli 0.08 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X10 tərəfindən onun 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 10.09.201-cü il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.09.2014-cü il tarixli 3895 nömrəli Arayışdan görünür ki, X7 ********** qeydiyyat nömrəli 11.07.2014-cü il tarixli çıxarışla məxsus olan ünvan 1 ünvandakı evdə anası Cavabdeh və 1989-cu il təvəllüdlü qardaşı X13 qeydiyyatdadırlar. İşdə olan Cavabdeh və X910.09.2014-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, onlar X7 məxsus olan və Qusar şəhəri B.Ağaverdiyev küçəsi 76 ünvanda yerləşən fərdi yaşayış evini və 0.08 ha torpaq sahəsini İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdılar. İpoteka qoyulmuş fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. İşdə olan AZ-İ № 862998 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28.05.2017-ci il tarixdə Sank-Peterburq şəhərində ölmüşdür. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh vəfat etmiş cavabdeh X4 prosessual hüquqi varisi kimi əvəz edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə hesab edir ki, cavabdehlər yuxarıda göstərilən məlum kredit müqaviləsi və ona əlavə sazişlər üzrə İddiaçı QSC-nin qarşısında üzərlərinə götürdükləri öhdəlikləri mütəmadi olaraq yerinə yetirmədiklərindən və bu da, bankın kreditor hüquqlarını əhəmiyyətli dərəcədə pozduğundan həmin müqaviləyə və ona əlavə sazişlərə vaxtından əvvəl xitam verilməlidir. Məhkəmə İddiaçı QSC-nın cavabdehlərin kredit razılaşması üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borclarının məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə kredit razılaşması üzrə həmin məbləğlərin azaldılaraq 1000 (min) ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə, 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşmasına, 23.10.2015-ci il tarixli 11R000009605S saylı və 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişlərə xitam verilməli, Cavabdeh və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20401.37 (iyirmi min dörd yüz bir dollar otuz yeddi sent) ABŞ dolları məbləğində kredit borcu, 4672.06 (dörd min altı yüz yetmiş iki dollar altı sent) ABŞ dolları məbləğində faiz borcu və 1000 (min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26073.43 (iyirmi altı min yetmiş üç dollar qırx üç sent) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, tələb Qusar şəhəri B.Ağaverdiyev küçəsində mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və cəmi 26073.43 (iyirmi altı min yetmiş üç dollar qırx üç sent) ABŞ dolları məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan, Qusar şəhəri B.Ağaverdiyev küçəsində yerləşən, mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ipoteka müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq 42352,20 (qırx iki min üç yüz əlli iki manat iyirmi qəpik) manat müəyyən edilməlidir. İpoteka predmeti olan Qusar şəhəri B.Ağaverdiyev küçəsində yerləşən, mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh və X9 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, onlar həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalı və İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 10.09.2014-cü il tarixli 11L000005597 saylı kredit xətti müqaviləsinə, 15.09.2014-cü il tarixli 11R000009605 saylı kredit razılaşmasına, 23.10.2015-ci il tarixli 11R000009605S saylı və 07.03.2016-cı il tarixli 11R000009605SA saylı sazişlərə xitam verilsin. Cavabdeh və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 20401.37 (iyirmi min dörd yüz bir dollar otuz yeddi sent) ABŞ dolları məbləğində kredit borcu, 4672.06 (dörd min altı yüz yetmiş iki dollar altı sent) ABŞ dolları məbləğində faiz borcu və 1000 (min) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26073.43 (iyirmi altı min yetmiş üç dollar qırx üç sent) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı tutulsun. Tələb Qusar şəhəri B.Ağaverdiyev küçəsində mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və cəmi 26073.43 (iyirmi altı min yetmiş üç dollar qırx üç sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan pul vəsaiti hesabına İddiaçı QSC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh və X1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan, Qusar şəhəri B.Ağaverdiyev küçəsində yerləşən, mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 42352,20 (qırx iki min üç yüz əlli iki manat iyirmi qəpik) manat müəyyən edilsin. Qusar şəhəri B.Ağaverdiyev küçəsində mərhum X4 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 76 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh və X9 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin fərdi yaşayış evindən çıxarılsınlar, həmin fərdi yaşayış evi boşaldılsın və İddiaçı QSC-nə təhvil verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-19/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-19/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver