Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-190/2024 01.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Abdurahmanova (Şamuradova) Ruhəngiz Mövlüddin qızının və Cavabdeh iştirakları ilə İddiaçı Abdurahmanova (Şamuradova) Ruhəngiz Mövlüddin qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Abdurahmanova (Şamuradova) Ruhəngiz Mövlüddin qızı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları, xx.xx.2021-ci il təvəllüdlü X2 üçün 220 (iki yüz iyimi) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddianı onunla əsaslandırmışdır ki, o, 17 mart 2020-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)- 899/2022 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 120 (yüz iyirmi) manat aliment tutulması qət edilmişdir. Lakin, həmin məbləğ uşağın cüzi ehtiyaclarını belə ödəmir. Ona görə də o, yenidən alimentin miqdarının artırılması ilə əlaqədar iddia qaldırmışdır. Bildirir ki, Cavabdeh ona ödədiyi 120 (bir yüz iyirmi) manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları da artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə Cavabdeh uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur və bu səbəbdən də o, yenidən alimentin miqdarının artırılması ilə əlaqədar iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, cavabdehdən tutulan 120 manat məbləğində aliment uşağın saxlanması üçün kifayət etmir, uşağı saxlamaq olmur. Atası, anası yaşlıdırlar, ona kömək edə bilmirlər. Cavabdehin gəlirləri barədə məlumatı yoxdur. Cavabdehdən onun xeyrinə heç olmasa 170 manat məbləğində aliment tutulsun. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onun qara ciyəri xəstədir, onda Hepatit B xəstəliyi var, işləyə bilmir. Kartof əkir, çobanlıq edir və qazanc əldə edir. O, iddiaçıya hər ay 120 manat aliment ödəyir, gecikməsi yoxdur. Onun həmin məbləğdən artıq aliment ödəməyə imkanı yoxdur. Lakin ildən-ilə təlabatların artmasını dərk edir və alimentin miqdarının 140 manat həcmində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV 571269 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(029)-899/2022 saylı qətnaməsinindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 29 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanunu ilə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatları və iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, habelə tərəflərin uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını nəzərə alaraq və sonuncuların mənafeyini əsas götürərək, məhkəmə hesab edir ki, aliment miqdarının artırılması barədə iddiaçının iddiası uşağın böyüdükcə tələblərin və ehtiyacların artmasına, habelə “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə uşaqlar müəyyən edilmiş yaşayış minimuma əsaslanır. Bunlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi uşağın maraqlarının təmin edilməsinə yönəldiyindən alimentin miqdarı ağlabatan dərəcədə artırılmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin miqdarının artırılmasına (dəyişdirilməsinə) dair iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində dəyişiklik olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bununla belə məhkəmə nəzərə alır ki, cavabdeh uşağa görə aliment miqdarının 140 manata kimi artırılmasına etiraz etmədiyini bildirmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal iddiaçı tərəfindən həmin hissədə iddianın etiraf olunması kimi qəbul edilməli və Qusar rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli 2(029)-899/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək 140 manat həcmdə müəyən edilməlidir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, bir il ərzində ödəniləcək əlavə alimentin miqdarı, yəni iddianın qiyməti 240 manat təşkil etdiyindən Cavabdeh 30.00 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(029)-899/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1986-cı ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, Qusar rayonu Quturğan kəndində yaşayan Cavabdeh Abdurahmanova (Şamuradova) Ruhəngiz Mövlüddin qızının xeyrinə 29 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-190/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-190/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver