Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-194/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 880 (səkkiz yüz səksən) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh ona məxsus Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 600 (altı yüz) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:27 radələrində Cavabdeh idarə etdiyi MAN YÜK markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşın yolun əks istiqamətinə çıxaraq onun idarə etdiyi Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları hadisə yerinə gəlmiş və hadisənin Cavabdeh günahı üzündən törədildiyi müəyyən edilmişdir. Bu barədə xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, Cavabdeh həmin təqsirli hərəkəti nəticəsində ona məxsus avtomaşına 600 (altı yüz) manat maddi zərər dəymişdir. O, dəfələrlə cavabdehə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr etməklə maddi ziyanı ödəməkdən boyun qaçırmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:27 radələrində onun idarə etdiyi MAN YÜK markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşın yolun əks istiqamətinə çıxaraq İddiaçı idarə etdiyi Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən tərtib edilmişxx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında TP ******* saylı qərara əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə 40 manat məbləğində cərimə edilmiş və həmin cəriməni o ödəmişdir. İddiaçı avtomaşınına dəymiş 600 (altı yüz) manat məbləğində zərəri ödəməyə razıdır. Lakin hal-hazırda maddi imkanı olmadığına görə, dəymiş zərəri bir dəfəyə ödəmək iqtidarında deyil. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında avtomotoservis və ticarət müəssisə Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş t1018 saylı xx xxxxxxx 2020-ci il tarixli Ziyan Aktından görünür ki, Mercedes Benz C 180 minik markalı q/ş AB № 712138, 1999-cu il buraxılışlı,** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına yol nəqliyyət hadisəsinin nəticəsində cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində ziyan vurulmuşdur. İşdə olan Xaçmaz rayonu DYPB tərəfindən tərtib edilmiş TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Xaçmaz rayonu Dədəli kəndində anadan olmuş və hazırda Xaçmaz rayonu Dədəli kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 1990-cı il tarixdə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş və hazırda Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatdadır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:27 radələrində Cavabdeh idarə etdiyi MAN YÜK markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomaşın yolun əks istiqamətinə çıxaraq İddiaçı idarə etdiyi Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Xaçmaz DYPB tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına 600 (altı yüz) manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 600 (altı yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus Mercedes Benz C 180 minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 600 (altı yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-194/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-194/2021
04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver