Məhkəmə qərarları › İş №2(029)-195/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-195/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-195/2020 20.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi olaraq 530 (beş yüz otuz) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Qusar rayonu Bədişqala kəndində o, özünə məxsus “Opel Omeqa” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Cavabdeh dörd baş qoyunu həmin yoldan ötürərkən qoyunlar qəfildən yolun hərəkət hissəsinə çıxmış və onun idarə etdiyi avtomaşına dəymişlər. Hadisə nəticəsində özünə məxsus avtomaşın əzilmiş və ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar o, Qusar rayon PŞ-yə müraciət etmiş, Qusar rayon PŞ-nin DYPB-nin əməkdaşları tərəfindən İXM-nin 338.7-ci maddəsi ilə xx xxxxxxxx 2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Qusar rayon Məhkəməsinə göndərilmişdir. Qusar rayon Məhkəməsinin 3(029)-305/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə 80 (səksən) manat cərimə olunmuşdur. Qeyd olunan hadisə nəticəsində “Opel Omeqa” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün Qusar “VAZ” Kooperativinə müraciət etmiş və avtomaşının təmirinə (bərpa edilməsinə) dair xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktla avtomaşına dəymiş maddi ziyanın məbləği 530 (beş yüz otuz) manat təşkil edilmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2019-cu il tarixdə saat 19:00 radələrində dörd baş qoyunu Qusar rayonu Bədişqala kəndində yerləşən yoldan ötürərkən qoyunlar qəfildən yolun hərəkət hissəsinə çıxmış və İddiaçı idarə etdiyi Opel Omeqa” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişlər. O, İXM-nin 338.7-ci maddəsi ilə 80 manat cərimə olunmuşdur. İş üzrə Məhkəmə Ekspertizası tərəfindən verilmiş rəyə əsasən iddiaçıya məxsus avtomaşına dəymiş ziyan 450 (dörd yüz əlli) manat müəyyən edilmişdir. Hesab edir ki, həmin məbləğ yüksəkdir. O, iddiaçıya avtomaşınına dəymiş ziyana görə 150 (bir yüz əlli) manat verə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Qusar Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(029)- 305/2019 nömrəli Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsieli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilmiş, zərər çəkmiş şəxs İddiaçı, ona dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Qusar “VAZ” kooperativi təəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Nəqliyyat vasitəsinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) Aktından görünür ki, İddiaçı məxsus OPEL OMEGA minik markalı avtomaşına dəymiş maddi ziyan 530 (beş yüz otuz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 9/1306 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “VAZ Koorperativ” servis mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Opel Omeqa” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti 100,00 manat, təmir-bərpa işlərinin qiyməti 350,00 manat olmaqla 450,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Qusar rayonu Bədişqala kəndində özünə məxsus dörd baş qoyunu asfalt örtüklü yoldan ötürərəkən qoyunlar qəfildən yolun hərəkət hissəsinə çıxaraq İddiaçı Nurəddin oğlunun idarə etdiyi “Opel Omeqa” minik markalı, ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və İddiaçı idarə etdiyi avtomaşına dəymişlər. Hadisə nəticəsində avtomobil əzilmiş və avtomaşına 450 (dörd yüz əlli) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı verilməlidir. İş üzrə 120,0 ( bir yüz iyirmi) manat təşkil edən məhkəmə ekspertiza xərci Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabınakeçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində maddi zərərin əvəzi və 30 (otuz) manat dövlət rüsumu xərci alınaraq İddiaçı verilsin. İş üzrə 120,0 ( bir yüz iyirmi) manat təşkil edən məhkəmə ekspertiza xərci Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabınakeçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar