Məhkəmə qərarları › İş №2(029)-199/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-199/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-199/2022 07.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh3 və X2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə 7222.5 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pulun tutulması, tələbin paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Qusar rayonu, Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7222.5 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, tələb ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3, X1 və həmin evdə qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 06 may 2014-cü il tarixli Baş kredit müqaviləsinə əsasən illik 23 (iyirmi üç) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. RB-02/PK saylı maliyyə arayışına əsasən Cavabdeh1 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə cəmi 7222.5 manat təşkil edir. 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 06 may 2014-cü il tarixli QFS-5550 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələr”i vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh1 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə 7222.5 manat məbləğində pul tutulmalı, tələblər ipoteka predmetina yönəldilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka predmeti boşaldılmalıdır. İşə məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 və Cavabdeh2 ölmüşlər. Bu səbəbdən də, Cavabdeh3 həmin şəxslərin hüquqi varisləri kimi tanınmış və mərhum şəxslər Cavabdeh3 ilə əvəz edilmişdir. Həmçinin, X3 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bununla əlaqədar məhkəmə iclas katibi Hümmət Ağaliyev 07 aprel 2022-ci il tarixdə Cavabdeh3 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək əlaqə saxlamış və ondan 07 aprel 2022-ci il tarixə saat 14:00-a təyin olunmuş məhkəmə iclasına gəlib-gəlmədiyini soruşmuş, Cavabdeh3 məhkəmə iclasından xəbərdar olduğunu, sahədə kartof əkdiyini, məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 16.11.2016-cı il tarixli RB-05/PK-28227 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 07 may 2014-cü il tarixli QFS-5550 saylı müqavilə üzrə cəmi borcunun 7222.5 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 05.11.2013-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tam mülkiyyətindədir. İşdə olan 06 may 2014-cü il tarixli QFS-5550 saylı ipoteka müqaviləsindən görünür ki, 06 may 2014-cü il tarixli QFS-5550 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təminatı olaraq həmin şəxsə məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakların bazar qiyməti 15000 (on beş min) AZN, likvid dəyəri 14000 (on dörd min) AZN müəyyən edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 24.05.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən onun 06 may 2014-cü il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 06.05.2014-cü il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan AZ-İ 721483 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 13.02.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.03.2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, Cavabdeh2 19.07.2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisi Cavabdeh3 06.04.2014-cü il tarixli QFS-5550 saylı baş kredit müqaviləsi üzrə 7222.5 manat məbləğində pul vəsaiti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 30 (otuz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb ipoteka predmeti olan mərhum Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7222.5 manat məbləğində borc və rüsumlar kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməli; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh3 tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, X3 və həmin evdə qeydiyyatsız yaşayan şəxslər evdən çıxarılmalı və ev boşaldılmalıdır. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 14000 (on dörd min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 QFS-5550 saylı ipoteka müqaviləsi üzrə cəmi 7222.5 (yeddi min iki yüz iyirmi iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7222.5 (yeddi min iki yüz iyirmi iki manat əlli qəpik) manat kredit borcu və rüsumlar kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra əldə edilmiş vəsait qeyd olunan 06 may 2014-cü il tarixli QFS-5550 saylı Baş kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh3 tutulsun. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, X3 və həmin evdə qeydiyyatsız yaşayan şəxslər evdən çıxarılsın və ev boşaldılsın. İpoteka predmeti olan Cavabdeh1 məxsus Qusar rayonu Əniğ kəndində yerləşən 0.13 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 14000 (on dörd min) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar