Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-210/2021 15.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, gəlin köçdüyü Cavabdeh məxsus Qusar şəhəri S.Vurğun küçəsində yerləşən yaşayış evindən istifadə hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2007-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmiş və ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Cavabdeh ilə aralarındakı nikahı xx xxxxxxx 2009-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə yaşadıqları müddətdə xx xxxx 2009-cu il təvəllüdlü Tahir və xx xxxxx 2012-ci il təvəllüdlü Nərmin adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra o, Cavabdeh məxsus evdə yaşamışdır. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmış və valideynlərinin evinə qayıtmışdır. Ayrıldıqları vaxtdan uşaqlar özünün himayəsindədir. Aralarındaki nikah pozulmuşdur. Valideynlərinin evində yaşamaq üçün heç bir şəraiti və onun ayrı bir yaşayış yeri yoxdur. Cavabdeh məxsus Qusar şəhəri S.Vurğun küçəsində yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsini zəruri hesab edir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2007-ci ildə nikahı rəsmi qeyd etdirmədən İddiaçı ilə evlənmiş və birgə yaşadıqları müddətdə xx xxxx 2009-cu il təvəllüdlü Tahir və xx xxxxx 2012-ci il təvəllüdlü Nərmin adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarındakı nikahı xx xxxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, iddiaçı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Aralarındaki nikah pozulmuşdur. İddiaçı 2007-ci ildə onun atası Ruslan Tağıyevin mülkiyyətində olan ünvan 1A ünvanında yerləşən yaşayış evinə gəlin köçmüşdür. ünvan 1A ünvanında yerləşən yaşayış evi habelə həmin yaşayış evinin yerləşdiyi 400.0 kv.metr həyətyanı torpaq sahəsi xx xxxxxxxx 1990-cı il tarixli 193 saylı qeydiyyat vəsiqəsinə əsasən atası Ruslan Tağıyevin mülkiyyətindədir. İddiaçı onunla evlənən zaman yəni 2007-ci ildə evin mülkiyyətçisi olaraq onun atası Ruslan Tağıyev eləcə də, anası Nəzakət Tağıyeva iddiaçıya həmin evdə yaşayış sahəsindən istifadə etməsinə notarial qaydada təsdiqlənmiş yazılı razılıq verməmişlər. Habelə iddiaçı ünvan 1A ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı sözügedən ünvanda heç vaxt qeydiyyatda olmamışdır. X1 xx xxxxx 2013-cü il tarixdə, anası X5 isə xx xxxxxxx 2013-cü il tarixdə vəfat etmişlər. İddiaçı ünvan 2 A saylı ünvanda yerləşən mərhum X1nun mülkiyyətində olan yaşayış evindən istifadə hüququ qanunun tələblərinə uyğun olaraq yoxdur. Bundan əlavə olaraq o, xx xxxxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə X2 ilə evlənmiş, həmin nikahdan xx xxxxxx 2020-ci il təvəllüdlü Ayişə adlı uşaqları anadan olmuşdur. İddiaçı mübahisəli evdə heç vaxt qeydiyyatda olmamış və həmin evdə iddiaçıya məxsus əmlaklar yoxdur. Onun özünün adına isə yaşayış evi yoxdur. Özü ailə üzvləri ilə birlikdə atasına məxsus ünvan 2A saylı ünvanda yaşayır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh ilə X15 arasında nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında qeydlər kitabında xx xxxxxx 2018-ci il tarixdə 137 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Həkimova soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Qusar rayonu Urva kənd sakini olmuş, hal-hazırda orada yaşayır. İşdə olan xx xxxxxx 1990-cı il tarixli 193 saylı Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X3 mülkiyyətində ümumi sahəsi 52.2 kvadrat metr olan 1 mərtəbəli, 2 otaqlı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İşdə olan AZ-l № 571182 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2013-cü il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-l № 622815 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2013-cü il tarixdə 103 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(029)-939/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X19 və xx xxxxx 2012-ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X11 verilməsi qət edilmişdir. İşdə olan AZ-ll № 375165 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında Quba reigonal “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində xx xxxxxx 2019-cu il tarixdə 1198 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Tağıyeva soyadı verilmişdir. İşdə olan AZ-lV № 433468 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 392 saylı Arayışdan görünür ki, Cavabdeh ünvan 2 A saylı evdə yaşayır və X8, X18 və X16 adlı ailə tərkibi vardır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2007-ci ildə nikahı rəsmi qeyd etdirmədən evlənmiş, aralarındakı nikahı isə xx xxxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə yaşadıqları müddətdə xx xxxx 2009-cu il təvəllüdlü X19 və xx xxxxx 2012-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. İddiaçı, 2007-ci ildə cavabdeh ilə evləndikdən sonra cavabdehin X1na məxsus ünvan 1a ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər arasındaki nikah pozulmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(029)-939/2018 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxx 2009-cu il təvəllüdlü X19 və xx xxxxx 2012ci il təvəllüdlü X12 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X11 verilməsi qət edilmişdir. Tərəflər ayrıldıqları vaxta kimi iddiaçı mübahisə edilən fərdi yaşayış evində yaşamışdır. İddiaçı uşaqları ilə mübahisəli mənzildə 2007-ci ildən müvəqqəti yaşamış, ailə münasibətləri pozulduğu üçün iddiaçı mübahisəli mənzildən köçüb getmiş və bu günə kimi iddiaçının mübahisəli mənzilə heç bir əlaqələri olmamış, mənzildə ona aid hər hansı bir əşya və əmlak yoxdur və cavabdehlə birgə təsərrüfat idarə etməmişlər. İddiaçının cavabdehin atasına məxsus olan evə bərabər yaşayış sahəsinə dair bütün hüquqlara malik deyil və vəzifələr daşımır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Məhkəmə iclasında iddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib ayrılıqda və məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsinə dair iddia tələbi əsassız olduğundan rədd olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-210/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-210/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver