Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-217/2024 16.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib,xx.xx.1980-ci il təvəllüdlü əri X5 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 avqust 2006-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı üç uşaqları anadan olmuşdur. 2014-cü ilin avgust ayında əri Ceyhun və uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmiş, İstanbul şəhərində müxtəlif ünvanlarda qısa müddət də yaşamışlar. Bundan sonra əri X6 onu və azyaşlı uşaqları da götürüb Suriya Respublikasına aparmışdır. 2016-cı ildə Ceyhun Bayrambəyov yaşadıqları Suriya Respublikasında itkin düşmüşdür. Həyat yoldaşı Ceyhun itkin düşdükdən sonra o, azyaşlı uşaqlarıla birlikdə Suriya Respublikasında tək qalmışdır. 11 avqust 2023-cü ildə o, uşaqlarını da götürüb yaşadığı Qusar rayonunun Hil kəndinə qayıtmışdır. 2016-cı ildən etibarən X19 harada olması barədə məlumatı yoxdur, onun Suriyada qalıb-qalmaması və ya onun başqa ölkəyə köçməsi barədə dəqiq məlumatı yoxdur. Həmin vaxtdan sonra Ceyhun bir daha daimi yaşadığı Qusar rayonunun Hil kəndinə qayıtmamış, harada olduğu barədə məlumat verməmişdir. Onun əlaqə nömrələrini, ünvanını bilmir. Hazırda azyaşlı uşağları ilə birlikdə tək qalmışdır, uşağları təkbaşına saxlamaqda çətinlik çəkir. X19 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün onun xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. X19 harada olması barədə artıq 8 il ərzində heç bir məlumat olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən hesab edir ki, o, xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-cı maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X6 ilə X15 nikahlar xx.xx.2006 cı il tarixdə Qusar rayonun Hil kənd İƏD üzrə nümayəndəliyində 20 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Bayrambəyova” soyadını qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.2007-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası Ərizəçidır. İşdə olan xx.xx.2023-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası Ərizəçidır. İşdə olan xx.xx.2023-cü il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2013-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayədəliyindən verilmiş 1220 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən X3 rayonun Hil kəndində yaşamır, yaxın qohumlarının dediyinə görə 22 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edib və həmin vətəndaşın daimi yaşayış yeri barədə heç bir məlumat yoxdur. İşdə olan 3-38-2/975/24 saylı xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2014-cü il tarixdə ölkədən çıxması qeydə alınmışdır. Bununla yanaşı, X5 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasından Azərbaycan espublikasına deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X6 adlı şəxs haqqında məlumat qeyddən keçmir. İşdə olan 3-13-93/2-597/2024 saylı xx.xx.2024-cü il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X5 xəbərsiz itkin düşməsi haqqında Qusar RPŞ-də hər hansı bir məlumat yoxdur. İşdə olan 20 aprel 2017-ci il tarixli 2(001)-7918/2017 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, X5 (doğulduğu tarix 27 dekabr 1980-ci il, doğulduğu yer Qusar rayonu, şxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi- 0TECGW5, seriya və nömrəsi AZE ********) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-39-9/2-77/24 saylı Dövlət Təhlükəsizlik Xidmətindən verilmiş məktubdan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü X2 Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə 11,10.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikasının hüdudlarından kənarda istintaqdan gizləndiyi üçün ona ittiham elan mümkün olmadığından barəsində axtarış elan edilməklə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, Ceyhun Bayrambəyov 2017-ci ildə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığını itirmişdir Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X6 2014-cü ildə Ərizəçi və uşaqları ilə birlikdə Suriya Respublikasına getmişdir. Həmin vaxtdan sonra X6 daimi yaşadığı Qusar şəhərinə qayıtmamış, hazırda onun harada olması, Suriyada olan məlum hərbi əməliyyatlar zamanı həlak olub-olmaması barədə məlumat yoxdur. Ərizəçinin əri X5 əmlaklarının idarə edilməsi, o cümlədən uşaqlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi əri, xx.xx.1980-cı il təvəllüdlü X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi əri, xx.xx.1980-cı il təvəllüdlü X6 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-217/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-217/2024
16.04.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver