Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-221/2021 01.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxx» ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 806.38 (səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc, ümumilikdə 1146.50 (bir min yüz qırx altı manat əlli qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan «xxxx» ASC məhkəməyə teleqram göndərərək, işə onların iştirakları olmadan baxılıb müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 2060 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-dən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin bitmə tarixi xx xxxxxxxx 2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-yə 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 806.38 (səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc,ümumilikdə 1146.50 (min yüz qırx altı manat, əlli qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, ona xx xxxxxxxx 2014-cü il tarixli 2060 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən iddiaçı ləğv prosesində olan «xxxx» ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açılmışdır. Hazırda bank tərəfindən ona qarşı hesablanmış cərimənin məbləği yüksəkdir. Bütün imkanlarından istifadə edib banka olan borcunu ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2014-cü il tarixli, 2060 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, ləğv prosesində olan «xxxx» ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 300 (üç yüz) manat kredit xətti açılmışdır. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli **********491 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 2060 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə yaranmış tələb 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 806.38 (səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc,ümumilikdə 1146.50 (min yüz qırx altı manat, əlli qəpik) manat təşkil edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, «xxxx» ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli, 2060 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-dən 36 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit götürmüşdür. xx xxxxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-yə 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 806.38 (səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc,ümumilikdə 1146.50 (min yüz qırx altı manat, əlli qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borclunun əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Cavabdeh 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 50 (əlli) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc, ümumilikdə 390.12 (üç yüz doxsan manat on iki qəpik) manat məbləğində borcun tutularaq iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 296.60 (iki yüz doxsan altı manat altmış qəpik) manat əsas, 50 (əlli) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz olmaqla 43.52 (qırx üç manat əlli iki qəpik) manat borc, ümumilikdə 390.12 (üç yüz doxsan manat on iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-221/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-221/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver