Məhkəmə qərarları › İş №2(029)-222/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-222/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-222/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxx 2015ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir və müddəti xx xxxxxx 2017-ci il tarixə təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, ona xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxx 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 2875.46 (iki min səkkiz yüz yetmiş beş dollar qırx altı sent) ABŞ dolları təşkil edir.Bir müddət kredit borcundan ödənişlər etmiş, lakin daha sonra maddi vəziyyəti pisləşdiyi üçün iddiaçıya olan kredit borcunu ödəyə bilməmişdir.Bütün imkanlarından istifadə edib banka olan borcunu ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır.. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli **********133 nömrəli maliyyə arayışından görünür k, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 30 faizlə 3320 (üç min üç yüz iyirmi) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin xx xxxxxx 2020-ci il tarixdə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 602.57 (altı yüz iki dollar əlli yeddi sent) ABŞ dolları əsas, müqavilə müddətinin bitmə tarixinə 1064.30 (bir min altmış dörd dollar otuz sent) ABŞ dolları, 2751.08 (iki min yeddi yüz əlli bir dollar səkkiz sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 85.60 (səksən beş dollar altmış sent) ABŞ dolları borc, ümumilikdə 4503.55 (dörd min beş yüz üç dollar əlli beş sent) ABŞ dolları qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar