Məhkəmə qərarları › İş №2(029)-223/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-223/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-223/2021 25.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borc, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəməyə teleqram göndərərək, iddia ərizəsini müdafiə etdiyini, bankın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxxx 2020-ci ilədək Cavabdeh banka xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borc, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi, 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsnə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan 22-Y-1-0-92-20 nömrəli xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faizlə 36 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2019-cu il tarixinədək Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borc, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat kredit borcu yaranmışdır. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli PAİHTD-12574 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə məlumatlandırılmış, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 22-Y-1-0-92-20 nömrəli xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh öz öhdəlikini lazımınca yerinə yetirməmiş və nəticədə Cavabdeh İddiaçı ASC-yə əsas borc üzrə 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borcu, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat kredit borcu vardır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borcu, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməli, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdeh 2880.06 (iki min səkkiz yüz səksən manat altı qəpik) manat əsas borc, 311.52 (üç yüz on bir manat əlli iki qəpik) manat faiz borcu və 26.21 (iyirmi altı manat iyirmi bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 3217.79 (üç min iki yüz on yeddi manat yetmiş doqquz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilsin, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar